"Simurq" "AZAL Arena"da məşqə çıxıb

28.11.2012 | 4754 dəfə oxunub

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində AZAL-ın qonağı olacaq "Simurq" qarşılaşmanın oynanılacağı arenada məşqə çıxıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, yağışlı hava şəraitində keçən hazırlıq prosesində komanda tam heyətlə məşq edib. Georgi Çixradzenin yetirmələri əvvəlcə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında isinmə hərəkətlərini yerinə yetirib. Daha sonra isə qapıya zərbələr və iki tərəfli oyunla hazırlığı tamamlanıb. Bundan sonra "sarı-qaralar" istirahətə çəkilərək qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb. 

Qeyd edək ki, "Simurq" buna qədər də Azərbaycan Kuboku çərçivəsində AZAL-la üz-üzə gəlib. 3 il əvvəl görüşən rəqiblərin qarşılaşmasında qapılara qol vurulmayıb. Həmin vaxt qalib penaltilər seriyası sayəsində müəyyənləşib. O zaman "Olimpik-Şüvəlan" adı ilə çıxış edən AZAL penaltiləri daha dəqiq yerinə yetirərək turu adlayan tərəf olub.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail