"Qəbələ"nin kubokdakı 7-ci cəhdi

27.11.2012 | 4353 dəfə oxunub

Sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Stadium.az Qəbələı klubun rəsmi interney saytına istinadən xəbər verir ki, öz meydanında “Qaradağ Lökbatan”ı qəbul edəcək “Qəbələ” tarixində 7-ci dəfə ölkə kubokunda mübarizəyə başlayacaq.

Noyabrın 28-də Qəbələdə baş tutacaq qarşılaşma rəqiblər arasında 2-ci oyun olacaq. 
Heç vaxt Premyer Liqada oynamayan I divizion təmsilçisi ilə ilk görüş də Azərbaycan kubokunda keçirilib. Həmin vaxt “Qaradağ Lökbatan” hələ “Neftçi” İSM adını daşıyırdı. Bu 2010-cu il dekabrın 10-da olub. 2010/11 mövsümünün 1/8 final mərhələsinin qarşılaşmasında 2 cavabsız qol vuran “Qəbələ” qonaqları mübarizədən kənarlaşdırmışdı.  2 ildən sonra fərqli adla “Qəbələ”nin qonağı olacaq aşağı dəstə təmsilçisi yenə 1/8 finalda eyni rəqiblə görüşəcək.
“Qəbələ” tarixində 7-ci dəfə Azərbaycan kubokunda aşağı dəstə təmsilçisi ilə üz-üzə gələcək. Komandanın özü birinci dəstədə oynadığı 2005/06 mövsümündə güclülər dəstəsi klubları ilə görüşmüşdü. Yüksək dəstəyə çıxdıqdan sonra isə 4 dueldə “birincilər” “Qəbələ”yə qarşı 6 oyun keçirib.
Aşağı dəstə təmsilçiləri ilə matçlarda komanda rəqiblərinə heç bir şans verməyib. 6 oyunda 6 qələbə qazanmaqla 100 faizlik nəticə göstərən “Qəbələ” top fərqində də böyük üstünlük əldə edib. Belə ki, buraxılan 2 qolun əvəzində 10 qat artıq 20 top vurulub. Özü də 2006-cı ildən sonra “birincilər” Qəbələ təmsilçisinin qapısına yol tapa bilmir.

2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 1/16 final Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2007/08 26.09.2007 1/16 final MOİK (Bakı) - Qəbələ 0:2
2007/08 03.10.2007 1/16 final Qəbələ - MOİK (Bakı) 2:0
2010/11 08.12.2010 1/8 final Qəbələ - Neftçi İSM (Bakı) 2:0
2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0

Yarandığı 2005-ci ildə birinci dəstə təmsilçisi kimi kuboka qatılan komanda indiyədək 6 mövsüm bu yarışda çıxış edib. 2 dəfə yarımfinal, 2 dəfə ¼ finaladək irəliləyən “Qəbələ” cəmi 2 dəfə 1/8 finalda dayanıb. Ümumilikdə isə bu turnirlərdə 30 matç keçirən komanda 15-ci – yubiley qələbəsinin astanasındadır.

2005/06 4 2 1 1 6-1 7 1/8 final
2006/07 4 2 0 2 11-5 6 1/8 final
2007/08 8 3 3 2 10-8 12 1/2 final
2008/09 6 4 1 1 8-8 13 1/2 final
2009/10 2 1 0 1 1-2 3 1/8 final
2010/11 3 1 1 1 2-1 4 1/4 final
2011/12 3 1 2 0 5-2 5 1/4 final
            30 14 8 8 43-27 50 

6 mövsüm ərzində “Qəbələ”ni kubok oyunlarına 4 baş məşqçi çıxarıb. Burada bütün göstəricilərdə rekord indiki baş məşqçi Ramiz Məmmədova məxsusdur. O, digər çalışdırıcılarla müqayisədə həm oyun, həm qələbə, həm vurulan top sayında öndədir.

Faiq Cabbarov      6 4 1 1 17-3 13
Ramiz Məmmədov 18 8 4 6 19-21 28
Toni Adams          3 1 1 1 2-1 4
Fatih Kavlak         3 1 2 0 5-2 4

30 kubok oyununda 97 futbolçunun şərəfini qoruduğu “Qəbələ”nin yalnız 6 futbolçusu 10 və daha çox matça çıxıb. Burada rekord Samir Zərgərova məxsusdur – 15 oyun.

Samir Zərgərov 15
Azər Həşimov 13
Turnike Aptsiauri 12
Əli İsmayılov 11
Rəhman Əzizov 10
Elnar Kərimov 10

Azərbaycan kubokunda “Qəbələ”nin ən yaxşı bombardiri Kənan Kərimovdur. Onun hesabında 7 qol var. Ümumilikdə isə 24 futbolçu “Qəbələ”nin kubok oyunlarındakı qollarına imza atıb. Onlardan yalnız 7-si 1 dəfədən artıq fərqlənib.

Kənan Kərimov  7
Vüsal Qarayev 5
İbrahim Hüseynov 4
Samir Zərgərov 3
Abdulkader Kamara 2
Rövşən Vəliyev 2
Serge Cehua 2

“Qəbələ”nin kubok oyunlarında 2 avtoqol qeydə alınıb. MOİK-in üzvü Natiq Qasımov öz komandasının qapısına qol vurub. “Qəbələ”nin üzvü İrakli Vaşakidze isə “Xəzər Lənkəran”la matçda rəqibi sevindirib.

Azərbaycan kubokunun oyunlarında “Qəbələ” 11 komanda lə görüşüb. Daha çox oyun “Bakı” ilə baş tutub – 6 dəfə.

Qəbələ - MOİK (Bakı)          4 4 0 0 10 - 0
Qəbələ - Turan (Tovuz)      2 1 1 4 - 3
Qəbələ - AZAL (Bakı)          4 2 1 1 3 - 3
Qəbələ - Şahdağ (Quba)     2 2 0 0 11 - 2
Qəbələ - Neftçala              1 1 0 0 3 - 0
Qəbələ - Qaradağ-Lökbatan 1 1 0 0 2 - 0
Qəbələ - Simurq (Zaqatala)  2 1 0 1 2 - 2
Qəbələ - İnter (Bakı)           2 1 0 1 2 - 5
Qəbələ - Bakı                    6 0 3 3 2 - 6
Qəbələ - Qarabağ (Ağdam)   2 0 2 0 2 - 2
Qəbələ - Xəzər Lənkəran      2 0 1 1 2 - 4

Qeyd edək ki, statistik göstəricilərdə penaltilər seriyası nəzərə alınmayıb, əlavə vaxt təyin olunan matçlarda isə 90 deyil, 120 dəqiqənin nəticəsi əks olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail