"Rəvan" üzərində qələbə ilə qırılan rekord

26.11.2012 | 3117 dəfə oxunub

Topaz Premyer Liqasının XIV turunda “Rəvan”ın qonağı olan “Qəbələ” 3:1 hesabı ilə qalib gəldi. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Bakıdakı oyunda qazanılan qələbə ardıcıl 4-cü oldu. Belə ki, oktyabrın 31-də səfərdə “Qarabağ”ı, noyabrın 3-də evdə “Neftçi”ni eyni - 2:1 hesabı ilə yenən Ramiz Məmmədovun yetirmələri ötən tur qələbə seriyasını 3-ə çatdırmışdı. Bu, noyabrın 19-da “Kəpəz”lə ev oyunundakı 2:0 hesablı qələbə sayəsində mümkün olmuşdu.

Bu dəfə isə “Rəvan”ı udan “Qəbələ” uğurlu seriyasını 4-ə çatdırdı. Oktyabrın 27-də öz meydanında “Turan”a 0:1 hesabı ilə uduzduqdan sonra xal itirməyən komanda rekorda imza atdı.

Belə ki, 2006/07 mövsümündən başlayaraq Premyer Liqada çıxış edən “Qəbələ” indiyədək belə qələbə seriyasına malik olmayıb. Güclülər sırasında 7-ci mövsümünü keçirən komanda bu müddətdə 71-ci qələbəsini qazanıb. Lakin heç vaxt bu uğurlardan 4-ü ard-arda olmamışdı.

İndiyədək klub tarixinin Premyer Liqadakı rekordu ardıcıl 3 qələbə idi. Belə seriyalar 6 ildən artıq müddətdə 5 dəfə qeydə alınmışdı. 3 dəfə məğlubiyyət, 2 dəfə isə heç-heçə qələbə seriyasını dayandırmışdı.

2007/08 mövsümündə ABN və “Turan”ı eyni – 2:1, “Gənclərbirliyi”ni 6:0 hesabı ilə məğlub edən Ramiz Məmmədovun başçılıq etdiyi komanda “Masallı”ya 0:1 hesabı ilə uduzaraq seriyasını 4-ə çatdırmamışdı.

2009/10 mövsümündə isə Məmmədovun yetirmələri “Olimpik”i 2:1, “Neftçi” və “Turan”ı isə eyni 1:0 hesabı ilə məğlub edərək 3 qələbəni sıralamışdı. Lakin 3 il əvvəl “Qəbələ”ni “Bakı” dayandırmışdı – 0:2.

Toni Adamsın komandada debüt etdiyi – 2010/11 mövsümündə 2 belə seriya olmuşdu. “Qarabağ”ı 2:1, “Simurq”la “Muğan”ı eyni – 2:0 hesabı ilə yendikdən sonra AZAL məğlub edilməmişdi – 0:0. II dövrədə “Simurq” 4, MOİK 3, “Turan” 1 cavabsız qolla məğlub edildikdən sonra yenə qələbə seriyasını AZAL heç-heçə ilə qırmışdı – 2:2.

Ötən mövsüm Fatih Kavlakın rəhbərliyi altında da 1 3 qələbəlik seriya qeydə alındı. “Simurq” 1:0, “Xəzər Lənkəran” 2:1 və “Rəvan” 4:0 hesabı ilə məğlub edildikdən sonra “Qəbələ” “Kəpəz”lə qarşılaşmada seriyasını uzada bilməmişdi – 2:3.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail