“İnter”: Qəbələdən Zaqatalayadək

26.11.2012 | 3979 dəfə oxunub

Bakının “İnter” klubunun Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, sonuncu dəfə avqustun 10-da baş tutan II turun “Qəbələ” ilə səfər oyununda uduzan Kaxaber Sxadadzenin yetirmələri bu dəfə “Simurq”la Zaqataladakı qarşılaşmada uduzub.

Hər 2 səfər məğlubiyyəti 0:1 hesabı ilə olan bakılılar 10 matç uduzmadıqdan sonra xalsız qalıb. Bu isə mövsümün rekordudur. 106 gündən sonra meydanı məğlub tərk edən “İnter” XIV turda uduzduğu “Simurq”un rekordunu qırmışdı. Zaqatalalılar 8 oyun uduzmadıqdan sonra məhz “İnter”lə oyunda dayanmışdısa, indi də rəqibini saxladı. Bu həm də “Simurq”un “İnter” üzərində ölkə çempionatları tarixində ilk qələbəsi oldu.

Qeyd edək ki, mövsümün 3-cü məğlubiyyətsiz oyunlar seriyası AZAL-a məxsusdur – 6 matç.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail