"Bakı" BBC-nin diqqət mərkəzində

25.11.2012 | 2869 dəfə oxunub

Dünyanın aparıcı media qurumlarından olan BBC (British Broadcasting Company) "Bakı" futbol klubunun bir-birinin ardınca reallaşdlrdığı dünya səviyyələri layihələri diqqətdən kənar qoymadı. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, fəallığı ilə artıq Azərbaycan sərhədlərini aşan "Bakı" futbol klubunun "Atletiko" Madrid klubu ilə imzaladığı müqavilə və bu müqavilə çərçivəsində azərbaycanlı futbolçular üçün açılan yeni perspektivlər  söhbət mövzusu oldu.

"Bakı" futbol klubu media və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyevin müsahibəsi üzərində qurulan materialda klubumuzun qısa müddətdə dünya səviyyəli infrastruktur yaratması, klub rəhbərliyi və şəxsən klubun prezidenti Hafiz Məmmədovun Azərbaycanda futbolun inkişafı istiqamərində attığı effektiv addımlar barədə ətraflı məlumat verilib.

BBC-nın yaydığı məlumatda deyilir: 
Cənab Mehdiyev BBC-yə deyib ki, FK Bakı İspaniyanın "Atletico" Madrid klubu ilə imzaladığı müqavilə əsasən, "yüzlərlə azərbaycanlı uşaq Atletico futbol akademiyasında təhsil alacaq" və buna görə yaxın zamanlarda Azərbaycan futbolunda "ciddi dönüş" olacağına inandığını bildirib.

Əsas məqsəd 2016-cı ildə Azərbaycanda təşkil olunacaq UEFA U-17 Avropa çempionatında ölkəmizi layiqincə təmsil etməkdir.

Klub rəsmisi BBC-yə verdiyi müsahibədə Vüqar Hüseynzadənin komandanın menceri vəzifəsinə təyin olunmasına münasibət bildirib: "Vüqar Hüseynzadənin bu vəzifəyə seçilməsi klubun Avropada və dünyada özünəlayiq yer təyin etmək üçün görülən işlərin bir hissəsidir və bu məqsədə nail olmaq üçün "kadrlar lazımdır". 

O, Hüseynzadənin futbol bilgilərinin yüksək səviyyədə olduğunu deyib: 
"Bu səbəbdən biz klubumuza gənc, müasir baxımlı, kreativ düşüncəli insanları cəlb etməyə, idarəçiliyi yüksəltməyə çalışırıq".

Yeni menecerin cavan olması barədə ünvanlanan sualı cavablandıran Nəriman Mehdiyev deyib: "Ola bilər ki, onun təcrübə baxımından ilkin mərhələdə müəyyən qədər problemləri olsun, bununla bərabər biz ona dəstək verir və böyük ümidlər bəsləyirik".

Nəriman Mehdiyev həmçinin bu vəzifəyə alternativ namizədin 1991-ci ildə "İlin futbolçusu" titulunu qazanan, bir sıra Fransa komandalarında menecer olmuş Jean-Pierre Papin olması və onun seçilməməsi haqqında yayımlanan məlumatların həqiqətə uyğun olmadığını bildirib:

"Qeyd etdiyim kimi, bu gün klubumuz bir çox beynəlxalq qurumlarla danışıqlar aparır və müqavilələr imzalayır. Jean-Pierre Papin ilə söhbətlərimiz tamam başqa bir mövzudadır. Klubumuzun prezidenti Hafiz Məmmədov dünya futbolunda nüfuzlu sima sayılan Papinlə klubumuzun müasir standardlara cavab verən idarəetmə sisteminin yaradılması və dünya səviyyəsinə yüksəlməsi yolları ətrafında müzakirələr aparır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail