SOCAR "Vitess"ə sponsorluq etməyəcək

23.11.2012 | 3690 dəfə oxunub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Hollandiyanın "Vitess" klubunu himayəsinə götürəcəyi haqda son vaxtlar yayınlan məlumatları münasibət bildirib. Stadium.az xəbər verir ki, bununla bağlı qurumun saytında yer alan açıqlamada deyilir ki, ARDNŞ-nin həyata keçirdiyi strateji layihələrin uğur qazanması, şirkətin beynəlxalq miqyasda getdikcə artan reytinqi son günlər yenə də onun işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə çoxdan davam etdirilən sistemli qarayaxma kampaniyasını qızışdırıb.

"Azərbaycanda hasil olunan təbii qazın Türkiyə və Avropaya nəql edilməsini nəzərdə tutan TransAnadolu qaz boru xətti (TANAP) layihəsi Belçikada Avropa İttifaqı rəsmilərinin və Avropa Parlamenti nümayəndələrinin iştirakı ilə müvəffəqiyyətlə təqdim olunduqdan, Azərbaycan Milli Məclisində ratifikasiyadan keçirildikdən dərhal sonra ayrı-ayrı şəxslər və “ictimai təşkilatlar” tərəfindən Şirkətin ünvanına əsassız və uydurma iddialar irəli sürülür.

Bəzi mətbuat orqanlarında ictimai rəyi çaşdırmaq üçün indi də belə bir məlumat yayılır ki, guya ARDNŞ özünü reklam etdirmək məqsədi ilə Hollandiyanın “Vitess” klubu ilə 10 milyon avro məbləğində sponsorluq müqaviləsi imzalayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bildirir ki, həqiqətə qətiyyən uyğun gəlməyən bu informasiyanın heç bir əsası yoxdur, Şirkət “Vitess” klubu ilə hər hansı şəkildə əməkdaşlıq etməyib, etmir və belə bir əməkdaşlıq planlaşdırılmır. ARDNŞ qətiyyətlə bəyan edir ki, öz fəaliyyətində aşkarlıq və şəffaflıq prinsiplərini təmin edir və şirkət tərəfindən onun gündəlik həyatı, istehsalat fəaliyyəti və gələcək planları haqqında mətbuatda mütəmadi olaraq düzgün informasiyalar yerləşdirilir" - deyə açıqlamada bildirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail