"Partizan"ın baş məşqçisi: "Nəticədən razıyam"

22.11.2012 | 4035 dəfə oxunub

"Neftçi" - "Partizan" oyunundan sonra mətbuat önünə əvvəlcə qonaqların baş məşqçisi Vladimir Vermezoviç çıxıb. Stadium.az xəbər verir ki, serbiyalı çalışdırıcı əvvəlcə qarşılaşma haqda qısa fikirlərini açıqlayıb:

- Oyun çox gərgin keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. İlk hissədə rəqib qol vurandan sonra qapıçımız bir neçə yüz faizli toplar çıxardı. İkinci hissədə komanda daha yaxşı çıxış etdi. Futbolçumuz meydandan qovulandan sonra da oyundan qopmadıq.

- Mitroviç meydandan nəyə görə qovuldu?
- Bilmirəm. Həmin epizodu nə baş verdiyini görmədin. Bu üzdən dəqiqə nəsə söyləyə bilmərəm.

- Nəticə sizi qane edir?
- Meydançada 10 nəfərlə oynadığımızı nəzərə alsaq, nəticədən razıyam. Müdafiədə yaxşı çıxış etdik. Qapıçımız qol buraxsa da, real vəziyyətləri uzaqlaşdıra bildi. İlk hissədə “Neftçi” üstün olsa da, ikinci yarıda biz yaxşı oynadıq.

- Serbiyada demişdik ki, “Neftçi” və “Partizan” qrupda sonuncu olmamaq üçün mübarizə aparacaq...
- Həmin mətbuat konfransında deyilənləri xatırlayıram. Əlbəttə, son yerdə olmamaq üçün oynayırıq.

- Belə çıxır ki, o vaxt bu sözləri deyəndə, bizə daxilən haqq qazandırırdınız...
- Kim sonuncu yer üçün mübarizə aparar?

- Serbiya ilə Bakıdakı “Neftci”ni müqayisə aparsaz, hansı daha güclü idi?
- İkisi də fərqli oyun idi. Burda daha çox müdafiədən oynadıq. Əlbəttə, hər bir komanda istəyir ki, qol vursun.

- İlk oyunda da Mitroviçlə Stamenkoviç arasında qalmaqal olmuşdu? Sizin Mitroviçlə bağlı hər hansı tədbir görmək fikriniz var? 
- İlk oyunda fərqli situasiya idi. “Partizan”la “Srvena Zvezda” arasında olan bir qəlmaqaldı. Oyundan öncə Stamenkoviçin mətbuatda açıqlamaları olmuşdu. O da orda kəskin fikirlər səsləndirmişdi. Azarkeşlər onun “Srvena Zvezda”da oynamasını bilirdi. Ona görə də belə olmuşdu. Mən öz oyunçumun bu gün qırmızı vərəqə almasına görə günahkar bilmirəm. Əgər bilsəydim, onu cəzalandırardım.

- “Neftçi”nin heyətində fərqləndirə biləcəyiniz oyunçu varmı? 
- Səviyyəli futbolçular var. Flavinyo kimi futbolçunu hər bir məşqçi komandasında görmək istəyər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail