Stamenkoviç "Neftçi"nin azarkeşlərinə "Zvezda"nın himnini öyrədib Müsahibə

22.11.2012 | 3335 dəfə oxunub

"Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Serbiya mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, təcrübəli qolkiper Avroliqanın V turu çərçivəsində keçiriləcək “Partizan”la oyun haqda danışıb. 

- Siz “Neftçi” ilə “Partizan” arasındakı ilk oyunda yaşanan insidenti xatırlayırsız? 
- Bunu necə unutmaq olar! Həmin oyunda üzləşdiyim çətinliklərə çox az adam dözərdi. Mən ailəmin ünvanına doğru təhqirlər eşitmişdim... Bu, rüsvayçılıq idi. Ancaq mən özümü toparladım, özümü əsl “Deliye” (“Srvena Zvezda”nın azarkeşləri belə adlanır – red.) kimi apardım.

- Özünüzü heç bu münaqişədə günahkar hesab etmirsiz? 
- Əsla. Mən bu haqda çox açıqlama vermişəm. Ancaq təəssüf ki, bəzi jurnalistlər mənim sözlərimi başqa yerə yozub. 

- Mitroviç və Ninkoviçə küskünlüyünüz qalıb? 
- Yox. Mən onları yaxşı başa düşürəm. Hər iki futbolçu gəncdir. Onların hələ öyrənən vaxtıdır.

- Bakıda “Partizan”ın oyunçularına qarşı özünüzü necə aparacaqsız? 
- Əminəm ki, onları burda Belqradda mənim başıma gələn hadisələr gözləmir. Hər şey düzgün oyun şəraitində və əsl idman münasibətləri səviyyəsində keçəcək. Heç bir qisas hissindən söhbət gedə bilməz.

- Bəs yerli azarkeşlər özlərini bu baxımdan necə aparacaq? 
- Bilmirəm... Azərbaycanlılar “Partizan”ın fanatlarının məni necə təhqir etdiklərini hələ də unutmayıb. Burda klublar arasında ciddi münaqişələr yaşanmır. Futbolçu bir klubdan başqasına keçdikdə bu, normal qarşılanır. Bax, bu üzdən onlar Belqradda baş verənlərə görə çox təəccüblənmişdi.

- Bizi necə oyun gözləyir? 
- Nə “Partizan”, nə də bizim üçün asan oyun olmayacaq. Ancaq “Neftçi”nin qələbə qazanmasına çox şad olaram.

- “Neftçi”nin azarkeşlərinə “Deliya” fanatlarının “Partizan” haqda yazdığı mahnını oxumaqda siz kömək etmisiz? 
- (gülür) Mən yenicə bilmişəm ki, azarkeşlərimiz oyun vaxtı bu mahnını oxuyacaq. Ancaq heç kimə sirr deyil ki, mən fanatlarımıza “Zvezda”nın (“Srvena Zvezda”nı nəzərdə tutur – red.) himnini öyrətmişəm.

- Siz son turda derbiyə baxdız? 
- Həmin oyunu necə qaçıra bilərdim ki! Təbii ki, baxdım və “Zvezda”ya azarkeşlik etdim. Keçmiş komandam qələbə qazandı. Ona görə də baş məşqçi Aleksandar Yankoviçə xüsusi təşəkkür düşür. O, fasilədə uşaqları oyuna yaxşı kökləmişdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail