AFFA məşqçilərin qarşısına konkret vəzifə qoydu

22.11.2012 | 3714 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərliyi ilə müxtəlif yaş qruplarından ibarət milli komandaların məşqçilərinin iştirakı ilə görüş keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, görüşdə ilin yekunları müzakirə olunduqdan sonra növbəti il ərzində nəzərdə tutulan işlər barədə geniş fikir mübadiləsi aparılıb. Texniki departamentin rəisi, U-21 yığma komandasının baş məşqçisi Bernhard Lippert, U-19 yığma komandasının baş məşqçisi Arif Əsədov, U-17 yığma komandasının baş məşqçisi Nikolay Adam,  U-16 yığma komandasının baş məşqçisi Aslan Kərimov, U-15 yığma komandasının baş məşqçisi Təbriz Həsənov, milli və  U-21 komandalarının  baş məşqçisinin köməkçiləri Nazim Süleymanov, Etibar Tanverdiyev, Yaşar Vahabzadə və başqaları çıxış edərək növbəti il üçün keçirilməsi nəzərdə tutulan oyunlar və təlim-məşq toplanışları ilə bağlı fikir və təkliflərini bildirdilər. Müzakirələrdən sonra müxtəlif yaş qrupları üzrə yığma komandalarda müəyyənləşən vahid sistemin bundan sonra da davam etdirilməsinin və seleksionerlərin işinin gücləndirilməsinin vacibliyini bildirildi. Sonda baş katib Elxan Məmmədov çıxış edərək AFFA rəhbərliyi adından hər bir məşqçinin qarşısına konkret vəzifələr qoydu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail