Qələbə həsrətli "Malaqa" və pley-off-a can atan "Zenit

21.11.2012 | 2919 dəfə oxunub

Azərbaycanın yeganə qanuni virtual mərc oyunları dileri bu gün də öz müştərilərinə maraqlı proqram təklif edir. Proqram  saat 16:45-də 19 yaşlılardan ibarət yığmaların oyunlarıyla başlayacaq, İtaliyanın aşağı liqalarının və Səudiyyə Ərəbistanı çempionatının qarşılaşmalarıyla davam edəcək. 

Nəhayət, saat 21-də əksər www.etopaz.az müştərilərinin səbrsizliklə gözlədiyi matç başlayacaq. Söhbət Çempionlar Liqasının "Zenit" - "Malaqa" görüşündən gedir. Bu matçın digərlərindən fərqi odur ki, proqnoz həvəskarları bu qarşılaşmaya həm tək, həm də canlı mərc edə bilər. 

Oyundan əvvəl www.etopaz.az əmsalları belə müəyyənləşdirib: "Zenit"in qələbəsi 1.60, heç-heçə 3.50, "Malaqa"nın zəfəri 4.50. Canlı mərc etmək istəyənlər isə görüşün startını gözləməlidir. Bu zaman əmsallar da oyunun axarına uyğun dəyişəcək. Bu qarşılaşma daha çox ötən gecəki "Qalatasaray" - "Mançester Yunayted" matçını xatırladır. "Mançester Yunayted" kimi "Malaqa" da artıq pley-offa vəsiqəni təmin edib və axşamkı matçın turnir vəziyyəti baxımından bu komanda üçün elə bir əhəmiyyəti yoxdur. "Zenit" isə qrup 2-cisi olmaq üçün qələbə qazanmağa borcludur. Onu da qeyd edək ki, "Malaqa" oktyabrın 31-dən bu yana keçirdiyi son 4 oyunda qələbə üzünə həsrətdir. 

Beləliklə, www.etopaz.az müştərilərini bu axşam maraqlı duel gözləyir - bir tərəfdə pley-offa can atan "Zenit", digər tərəfdə növbəti mərhələ vəsiqəni təmin edən, amma ardıcıl 4 oyundur azarkeşlərini məyus edən "Malaqa". Bu qrupun digər oyunu - "Anderlext" - "Milan" qarşılaşması isə Liqanın digər 6 oyunu kimi saat 23:45-də başlayacaq. Bu görüşdə canlı mərc olmayacaq, amma etopaz.az-çılar qarşılaşmaya tək mərc edə bilər. Hər iki komandanın pley-off şansı qaldığından Brüsseldə amansız mübarizə gedəcəyi şübhə doğurmur. Bu dueldə "Milan"ın qələbəsi 2.30, "Anderlext"in zəfəri isə 2.50 əmsalla dəyərləndirilir. Oyunda qalib müəyyənləşməzsə, heç-heçəyə proqnoz verənlər pullarını 3.10 dəfə artıracaq. "Dinamo Kiyev" - PSJ matçı isə meydan sahibləri üçün pley-off yolunda "son döyüş" kimi dəyərləndirilir. Kiyevlilər qələbə qazanmazsa, Çempionlar Liqası ilə vidalaşacaq. 

www.etopaz.az müştəriləri bu görüşə də tək mərc edə bilər. Əmsallar isə belədir:  "Dinamo Kiyev"in qələbəsi 2.60, heç-heçə 3.15, PSJ-nin zəfəri 2.25. Ümumiyyətlə, bu axşam "Arsenal"  - "Monpelye" və "Portu" - "Dinamo Zaqreb" oyunlarından başqa Liqanın digər matçlarına tək mərc etmək olar. Bu günkü proqramın əsas özəlliyi isə də odur ki, gecə saat 4-də belə etopaz.az-çılar üçün tək mərc etməyə oyun var. Belə ki, bu gecə Argentina və Braziliya arasında keçiriləcək  yoldaşlıq matçına proqnoz həvəskarları tək mərc edə bilər



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail