Premyer Liqada 70-ci qələbə

21.11.2012 | 3551 dəfə oxunub

Topaz Premyer Liqasının XIII turunda “Kəpəz”i qəbul edən “Qəbələ” qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, ardıcıl 3-cü qələbəsini qazanan Ramiz Məmmədovun yetirmələri mövsümdə ən uğurlu seriyalarına imza atdı. Komandanın sonuncu dəfə belə uğurlu seriyasına ötən mövsüm təsadüf olunmuşdu. 2011/12 mövsümündə təsnifat mərhələsinin 19-21-ci turlarında “Qəbələ” ardıcıl 3 qələbə qazanmışdı. Bu dəfəki seriyanın daha bir özəlliyi hər 3 matçda komandanın 3 xalı 2 qolla qazanmasıdır. 

- Gəncəlilərlə qarşılaşmadakı qələbə Premyer Liqada 70-ci – yubiley uğuru olub. “Qəbələ” 2006/07 mövsümündə 4, 2007/08-də 11, 2008/09-da 9, 2009/10 və 2010/11 mövsümlərinin hərəsində 13, 2011/12-də 15, cari mövsümdə 5 qələbə qazanmaqla 70-ə çatıb. Komanda 70 qələbəni 185 matçda əldə edib.

- “Kəpəz”lə matçdakı qələbə həm də Ramiz Məmmədovun rəhbərliyi altında 30-cu ev qələbəsi oldu. Bu 63-cü qarşılaşmada gerçəkləşib.

- Ramiz Məmmədovun rəhbərliyi altında Premyer Liqada 25-ci ev qələbəsi isə 54-cü oyunda əldə olundu.

- Premyer Liqada “Qəbələ”nin heyətində ən çox oyun keçirən futbolçuların ilk “onluğ”unda dəyişiklik olub. Belə ki, Azər Həşimov siyahını tərk edib: Pavel Doroşev – 90, Abdulkader Kamara – 88, Lyubo Baranin – 82, Samir Zərgərov – 69, Qoqa Beraya, Vurğun Hüseynov – hər ikisi 60, Yaşar Abuzərov, Milan Antiç, Bruno da Silva, Nodar Məmmədov – hamısı 54.

- “Kəpəz”lə görüşdə hesabı açan Viktor Mendi Premyer Liqada 10-cu qolunu vurdu. Bununla da o, komandanın çempionatdakı oyunlarında ən azı 10 qol vuran 6-cı futbolçu oldu: Deon Barton – 15, Kənan Kərimov, Luiz Paulo Hilario, Vitali Balamestnı – hamısı 11, Viktor Mendi, Yannik Kamanan – hər ikisi 10.

- Bruno da Silva “Qəbələ”də 60-cı oyununu keçirdi. Bu matçların 54-ü çempionat, 6-sı kuboka təsadüf edib. 

- Klub tarixində ən çox oyun keçirən 10 futbolçunun siyahısından 2 futbolçu kənar düşüb. Bunlar Milan antiç və Turnike Aptsiauridir: Pavel Doroşev – 99, Abdulkader Kamara – 97, Azər Həşimov – 95, Lyubo Baranin – 90, Samir Zərgərov – 84, Əli İsmayılov – 82, Qoqa Beraya – 68, Vurğun Hüseynov – 67, Bruno da Silva – 60, Yaşar Abuzərov – 59.

- Ürfan Abbasov  “Qəbələ”də 25-ci oyununu keçirib. Bu matçların 23-ü çempionat, 2-si kubokda baş tutub.

- “Qəbələ”də 11-ci qolunu vuran Viktor Mendi klub tarixində ən məhsuldar futbolçular siyahısında irəliləyərək Rəşad Yusubova çatdı: Rövşən Əhmədov – 20, Kənan Kərimov – 18, Deon Barton – 15, Luiz Paulo Hilario, İbrahim Hüseynov, Vitali Balamestnı – hamısı 12, Viktor Mendi, Rəşad Yusubov – jər ikisi 11, Samir Zərgərov, Yannik Kamanan – hər ikisi 10.

- “Kəpəz”lə oyunda hakim qonaqların qapısına penalti təyin edib. Bu, Premyer Liqada “Qəbələ”nin lehinə verilən 25-ci 11 metrlik zərbə qərarı olub. Rəşad Abdullayev bu imkandan dəqiq istifadə edib. İlk dəfə penalti zərbəsini yerinə yetirən kapitan 14-cü futbolçu olub ki, 11 metrlik cərimə zərbəsini yerinə yetirib. Ümumilikdə isə 25 penaltidən 18-i qolla nəticələnib: Kənan Kərimov – 6 penalti (5-i dəqiq), Deon Barton – 4 (4), Samir Zərgərov – 3 (2), Tomaş Stolpa, Vüsal Qarayev, Anatoli Ostap, Asen Nikolov, Viktor Komlyonok, Serje Cehua, Rəşad Abdullayev – hamısı 1 (1), Vitali Balamestnı, İbrahim Hüseynov, Bruno da Silva - hər ikisi 1 (0), Yannik Kamanan – 2 (0).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail