Tbilisi "Dinamo"su Qəbələyə gəlir

20.11.2012 | 3230 dəfə oxunub

Gürcüstan futbolunun flaqmanı Tbilisi “Dinamo”sunun 15 yaşa qədər futbolçulardan ibarət komandası sabah təlim-məşq məqsədilə Qəbələyə səfər edəcək. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, 4 günlük səfər müddətində qonşu ölkə təmsilçisi “Qəbələ”li həmyaşıdları ilə 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Qarşılaşmalar noyabrın 22-i və 24-ü saat 11:00-da baş tutacaq. 
“Qəbələ” Futbol Klubunun təşəbbüsü ilə reallaşacaq səfərin məqsədi ölkə çempionatında uğurlu çıxışını davam etdirən U-15 komandasının beynəlxalq təcrübəsinin artırılmasıdır. Gürcü klubu ilə qarşılaşmalar həm də mövsümün sonunda Qəbələdə təşkil olunacaq II Qəbələ Beynəlxalq Futbol Turnirinə hazırlıq məqsədi daşıyır. 
Xatırladaq ki, futbol ənənələri, uğurları və yetişdirdiyi futbolçularla diqqət çəkən Tbilisi “Dinamo”sunun akademiyası Qafqazın ən yaxşı uşaq futbol məktəbi hesab olunur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail