FİFA World jurnalı Bakıda keçirilmiş DÇ-dən yazıb

20.11.2012 | 2817 dəfə oxunub

FİFA U-17 qadınlararası Dünya Çempionatı Azərbaycan 2012 dönüş nöqtəsi oldu
Fransalı yeniyetmələr oktyabrda FIFA U-17 Qadınıararası Dünya Çempionatının final oyununda Koreya Demokratik Xalq Respublikasını penaltilər seriyasında məğlub etməklə çempionatın tarixində dörd illik Asiya dominantlığına son qoydu və turnirdə qalib gələn ilk Avropa komandası oldu.
 
İki il KDXR və iki il Koreya Respublikasında olmaqla ilk dörd ilini Asiya qitəsində keçirən FIFA U-17 qadınlararası dünya çempionatının gənc kuboku, üçüncü dəfə keçirilən turnirin gərgin final oyununda Fransanın KDXR üzərində qələbə çalması ilə Avropada özünə mənzil almış oldu. Tofiq Bəhramov adına Respublika stadionunda 30.000 azarkeşin canlı izlədiyi, gərgin mübarizə nəticəsində 1:1 hesablı bərabərliklə yekunlaşan final oyununda son anadək kubokun taleyini müəyyən etmək nə qədər çətin olsa da, Fransa millisi penaltilər seriyasında 7:6 hesablı üstünlüklə qələbə qazandı.
 
Qalib Fransa komandasının baş məşqçisi Gay Ferrier oyundan sonra həyəcanını gizlədə bilməyərək"Futbol Allahları bu gün bizim tərəfimizdə idi", - söyləmişdir. "Rəqib komanda bir dəfə qol vurmasına və çoxlu sayda təhlükəli anlar yaratmasına baxmayaraq, bizim qızlarımız bir anlıq da olsa həyəcan və ya ruh düşgünlüyünə qapılmadılar. Deyərdim ki, bu qələbə uğurdan daha çox onların müstəsna əqli və fiziki zəhmətlərinin məhsulu oldu."
 
Fransanın az öncə, həmin ilin İyun ayında İsveçrədə UEFA-nın U-17 qadınlararası Avropa çempionatında Almaniya komandasına məhz penaltilər seriyasında məğlub olduğunu nəzərə alsaq, bu qələbə Fransa komandası üçün xüsusi əhəmiyyət daşıyırdı. "Bu çox inanılmaz bir andır, biz bu məqama öz nailiyyətlərimiz hesabına gəlib çıxdıq", - deyə Bakıda FIFA kubokunu şərəflə tutan Fransa komandasının kapitanı Sandi Toletti qeyd etmişdir.
 
Bakı gələcək üçün bələdçi oldu
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 qadın futbolunda xüsusi bir iz buraxmamış Şərqi Avropa və Mərkəzi Asiya regionu üçün müəyyən mənada dönüş nöqtəsi oldu. Bu regiondan yeganə olaraq Rusiyanı qeyd etmək olar ki, 2004 və 2006-cı illərdə FIFA U-20 qadınlararsı dünya çempionatı və 1999 və 2003-cü illərdə FIFA qadınlararsı dünya çempionatlarını keçirmək üçün təsnif olunub. Bu səbəbdən də, FIFA məhz sentyabr ayında, Azərbaycanda U-17 qadınlararası dünya çempionatı keçirilən ərəfədə rusdilli ölkələrdə qadın futbolunun standartlarının yaxşılaşdırılması məqsədilə qadın futbol məşqçiləri üçün 11 günlük təlim kursları təşkil etdi. 20-si kişi, 11-i qadın olmaqla 14 milləti təmsil edən 31 iştirakçı UEFA "B" kateqoriyasına və yaxud da AFC "C" kateqoriyasına malik olaraq öz ölkələrində gənc komandaların məşqçilik fəaliyyəti ilə məşğul olurlar.
 
11 gün ərzində FIFA təlimçiləri Beatris von Syebental, Anna Siqneul və Nilufər Xocayeva tərəfindən intensiv kurs keçən iştirakçılar məşqçinin başlıca rolu, istedadların üzə çıxarılması, hücumameyilli oyun, taktiki iş, qapıçıların hazırlanması və s. sahələrdə nəzəri və təcrübi biliklərə diqqət yetirmişlər.
 
Təlimlərdə öyrəndiklərini təcrübədən keçirmək və öz ölkələrinə qayıtdıqdan sonra məşqçilik etdikləri komandalarda asanlıqla tətbiq edə bilmək üçün təlim iştirakçıları FIFA U-17 dünya çempionatının ilk 10 oyununa qatılmış və yarışan komandaların oyun tərzlərini analiz etmişlər.
 
"Hər şey mükəmməl idi. Təlimçilər yüksək ixtisaslı idilər və bu müddət ərzində bizə faydalı məsləhətlər verirdilər. Biz ümid edirik bizim regionda futbolu ən yaxşı şəkildə inkişaf etdirmək üçün bu tipli təlimlər tez-tez təşkil olunacaq", - deyə belaruslu məşqçi Bulyana vurğulamışdır.
 
Çempionat boyunca hər bir matçı dəqiqliklə izləyən FIFA texniki araşdırma qrupunun mütəxəssisləri hesab edirlər ki, Azərbaycanda keçirilən bu turnir bütün dünya üzrə qadın futbolu və onun irsinin gələcəkdə daha da zənginləşməsində böyük rol oynadı. "Qızların oyununda və taktiki fəndlərində yüksək bacarıq müşahidə olunurdu. Deyə bilərəm ki, hər iki oyunçudan birinin qapıya doğru zərbələri və eləcə də ötürmələri dəqiq olurdu. Bu qadın futbolunun gələcək yüksəlişi üçün çox müsbət bir göstəricidir."
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail