"Turan"la oyunda xal itirmək planımıza daxil deyildi" Müsahibə

20.11.2012 | 3392 dəfə oxunub

“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki. A.Məmmədov müsahibəsində “Turan”la (2:0) keçirilən matç barədə danışıb, mikrozədəsindən bəhs edib və “Simurq”la baş tutacaq qarşılaşma haqqında fikirlərini bölüşüb.

- Asif, “Turan”la keçirilən oyun barədə nə deyə bilərsiniz?

- Ötən tur “Sumqayıt”la keçirilən matçda xal itirmişdik, buna görə tovuzlularla oyunda xal itirmək planımıza daxil deyildi. “Turan”la matçda müvəffəqiyyətsizlik turnir cədvəlindəki mövqeyimizə mənfi təsir göstərə bilərdi. Biz çempionluğa oynayırıq və bizə lazımi bütün xalları toplamaq vacibdir. Oyun mürəkkəb alındı, ancaq əsas odur ki, qələbə qazandıq və xal ehtiyamızı artırdıq.
 
- Məşqlərin birində kiçik zədə aldınız və demək olar bütün həftəni ayrı proqramla məşq etdiniz. Yəqin məhz buna görə baş məşqsi sizi fasilədən sonra meydançaya buraxdı.
 
- Bəli, zədəm vardı və buna görə bir neçə gün ayrılıqda məşq etdim. Komandayla cəmi iki məşq keçdim. Baş məşqçi məni ikinci hissədə meydançaya buraxmaq qərarına gəldi və mən onun bu qərarına hörmətlə yanaşıram. Mən meydançaya fasilədən sonra çıxdım və komandaya kömək etməyə çalışdım.
 
- Komandamızın başlıca problemlərindən biri zəif realizasiyadır. Bu qarşılaşmada da “İnter” təxminən 15 qol vəziyyəti yaratdı və yalnız 2 vəziyyətdən istifadə etməyi bacardı.
 
- Bəli, bizim kifayət qədər qol vurmaq şansımız oldu, bir çoxundan istifadə edə bilmədik. Düşünürəm ki, bizə belə epizodlarda daha soyuqqanlı davranmaq lazımdır. Bunun üzərində işləmək lazımdır.
 
- Artıq növbəti turda komandamızı Zaqatalaya çətin səfər gözləyir. Bu görüş haqda nə deyə bilərsiniz?
 
-Bizi çox çətin matç gözləyir. Səfərdə çempionatın liderlərindən birilə oynayacağıq. Öncədən məlumdur ki, bizə asan olmayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail