"Paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyimizə inanıram”

20.11.2012 | 3622 dəfə oxunub

Premyer Liqanın XIII turunda “Qəbələ” doğma divarlar arasında “Kəpəz” məğlub etməklə uğurlu seriyanı davam etdirdi. Stadium.az xəbər verir ki, ardıcıl qələbələrinin sayını 3-ə çatdıran "qırmızı-qaralar"ın bu uğurunda sözsüz ki, baş məşqçi Ramiz Məmmədovun rolu danılmazdır. Cəzalı olduğu üçün texniki zonaya buraxılmayan və komandasını kənardan idarə edən mütəxəssis qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la bölüşdü:

“Ağır oyun olacağını bilirdik. Əvvəl də demişdim indi də təkrar edirəm - çempionatda zəif komanda yoxdur. Mahmud Qurbanovun “Kəpəz”ə baş məşqçi təyin olunmasından sonra komandanın oyununda yüksəliş hiss olunurdu. Gənc mütəxəssis çox əzmkar komanda yarada bilib. Bizimlə oyunun ilk hissəsində də nəyə qadir olduqlarını göstərdilər. Futbolçularımız birinci 45 dəqiqədə verilən tapşırıqların öhdəsindən lazımınca gələ bilmədilər. Bu səbəbdən fasilədə dəyişikliklər etdik. Sonradan oyuna daxil olan Şəhriyar Xəlilovun hücumlara qoşulması və Viktor Mendinin sonadək mübarizə aparması qələbədə həlledici amillərdən oldu. Bütün futbolçularımızı qələbə münasibətilə təbrik edirəm”.

Ramiz Məmmədov növbəti turda baş tutacaq “Rəvan”-“Qəbələ” matçı barədə də fikirlərini bildirdi:

“Paytaxta 3 xal qazanmaq hədəfi ilə yollanacağıq. Güclü bir rəqibə qarşı səfər oyunumuz olacaq. Kamal Alispahiç güclü komanda yaratmağı bacarıb. Maraqlı qarşılaşma olacaq. Oyuna yaxşı hazırlaşıb paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyimizə inanıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail