1-ci ispaniyalı, 5-ci əcnəbi, 9-cu baş məşqçi

20.11.2012 | 3393 dəfə oxunub

Topaz Premyer Liqasının XIII turu “Xəzər Lənkəran” üçün yeni baş məşqçinin debütü ilə əlamətdar oldu. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komandanı “Bakı” ilə səfər qarşılaşmasına (0:2) çıxaran Karles Martorell Bakes klub tarixinə 9-cu baş məşqçi kimi düşüb. Belə ki, 2004-cü ildə yaranan “Xəzər Lənkəran”ın 8 illik tarixində ispaniyalı mütəxəssisə qədər 8 çalışdırıcısı olub.
 
Bu 8 mütəxəssisdən üçü – Nazim Süleymanov, Rasim Kara və Ağasəlim Mircavadov 2 dəfə bu vəzifəyə təyin olunublar. Onlardan başqa Viktor Pasulko, İqor Ponomaryov, Mirça Rednik, Cüneyt Biçər və Yunis Hüseynov da “Xəzər Lənkəran”ın baş məşqçisi olub.
 
Bu 8 mütəxəssisdən 4-ü yerli, 4-ü əcnəbi mütəxəssis olub. Türkiyəlilər Rasim Kara və Cüneyt Biçər, ukraynalı Viktor Pasulko, rumıniyalı Mirça Rednikdən sonra Martorell “ağ-yaşılların” 5-ci əcnəbi baş məşqçisi oldu. 5-ci əcnəbi çalışdırıcının vətəni İspaniya isə Türkiyə, Rumıniya və Ukraynadan sonra 4-cü ölkə oldu ki, komandada baş məşqçi ilə təmsil olunub.
 
“Xəzər Lənkəran”ı baş məşqçi əvəzi kimi meydana çıxaran digər 3 çalışdırıcını da saysaq isə Martorell buna nail olan 12-ci mütəxəssis oldu. Belə ki, 9 baş məşqçi ilə yanaşı türkiyəli Şenol Fidan, həmçinin indi də komanda üçün çalışan Hafiz Əliyevlə Emin Quliyev də “Xəzər Lənkəran”ı rəsmi matçlara çıxarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail