Stamenkoviç: "Söz verirəm - “Partizan”la matçda qapını toxunulmaz saxlayacam"

19.11.2012 | 3258 dəfə oxunub

“Neftçi” PFK-nın qapıçısı Saşa Stamenkoviç “Partizan”la keçiriləcək oyun barədə klubun rəsmi saytına danışıb. Stadium.az xəbər verir ki, təcrübəli qolkiper həmvətənləri ilə görüşdə qapısını toxunulmaz saxlayacağına söz verib: “Serbiyada “Partizan”la keçirdiyimiz ilk qarşılaşmada rəqib komandanın azarkeşlərinin güclü təzyiqi ilə üzləşmişdik. Şəxsən mənə qarşı 90 dəqiqə ərzində xoşagəlməz şüarlar səsləndirildi. Azarkeşlər və rəqib komandanın futbolçuları bizi təxribata çəkmək istəyirdilər. Bunu anlayaraq səbrlə davrandıq və oyunun sonuna kimi mübarizə apardıq. “Partizan” heç-heçəni həzm edə bilmədiyi üçün oyundan sonra da mənə qarşı təzyiqlər oldu. Bununla belə səfərdən xalla qayıtdıq. “Partizan”la cavab oyunu bu mövsüm evdə keçirəcəyimiz son qarşılaşma olacaq. Bu təkcə bizim yox azarkeşlərimiz üçün də cavab qarşılaşmasıdır. İstərdim ki, onlar bu oyunda tribunaları doldursunlar və 90 dəqiqə ərzində rəqibi gərginlikdə saxlasınlar. Rəqib azarkeşlər də görsünlər ki, komandamıza və mənə burada necə böyük dəstək var. Qoy “Neftçi”yə olan sevgilərini “Partizan”la oyunda da nümayiş etdirsinlər. Söz verirəm ki, “Partizan”la ilk matçda olduğu kimi bu dəfə də qapını toxunulmaz saxlayacam. Məqsədimiz qrupda ilk qələbəmizi qazanmaqdır. Azarkeşlərimizin köməyi ilə bunun öhdəsindən gələcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail