"Neftçi"nin oyununda serblər üçün uğurlu hakim
Xəbər verdiyimiz kimi, Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Partizan" oyununa təyinatlar reallaşıb. Görüşü Uelsdən olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi Simon Lee Evansdır. Ona Edvard Kinq və Filip Tomas kömək edəcəklər. Qarşıklaşmanın dördüncü hakimi funksiyasını Alun Boore yerən yetirəcək. Əlavə hakimlər isə Mark Steven Vhitby və Brayan Markam-Jonesdir.
Stadium.az
xəbər verir ki, matçın baş hakimi olacaq Evans 1975-ci ildə oktyabrın 13-də
anadan olub. 2007-ci ilin ilk günündən FİFA hakimi adını daşıyır. 2010-cu ildən
isə FİFA-nın 1-ci kateqoriyalı hakimləri sırasına daxildir. Karyerası ərzində
heç vaxt təmsilçilərimizlə yolu kəsişməyən uelslini seblər üçün uğurlu hakim
saymaq olar. Bu vaxtadək Evans 4 dəfə serblərin oyununu idarə edib.
Avro-2011-in
seçmə mərhələsi çərçivəsində Serbiyanın U-21 millisi norveçli həmkarlarını səfərdə
1:0 hesabı, Avro-2009-un seçmə mərhələsi çərçivəsində Serbiyanın U-19 millisi
macarıstanlı həmkarlarını 1:0 hesabı ilə, 2007-ci ildə UEFA Kubokunun ilk təsnifat
mərhələsində Serbiyanın "Voyvodina" klubu səfərdə Malta təmsilçisi
"Hibernians"ı 2:0 hesabı ilə məğlub edib, 2008-ci ildə mayın 24-də isə
Serbiya millisi İrlandiya ilə səfərdə 1:1 bərabərə qalıb. Göründüyü kimi,
Evansın idarə etdiyi 4 görüşdən 3-də serblər qələbə qazanıb və 1 dəfə heç-heçə
ediblər. Özü də bu oyunların hamsını serblər səfərdə keçiriblər.
Evansın
sonuncu idarə etdiyi beynəlxalq oyun noyabrın 14-də olub. Uelsli referi
Belarusun yoxlama oyunu çərçivəsində İsraili səfərdə 2:1 hesabı ilə məğlub etməsinə
şahidlik edib.
"Neftçi"
- "Partizan" oyunu Evansın cari mövsümdə Avroliqada idarə edəcəyi
dördüncü oyun olacaq. Buna qədər o ikinci təsnifat mərhələsi çərçivəsində baş
tutan "Hafnafyordur" (İslandiya) - AİK (İsveç) - 0:1, üçüncü təsnifat
mərhələsi çərçivəsində "Servett" (İsveçrə) -
""Rusenborq" (Norveç) - 1:1 və qrup mərhələsində
"Atletik" (İspaniya) - "Hapoel" (Kiryat Şimona) - 1:1
görüşlərini idarə edib.
Göründüyü
kimi "Neftçi" - "Partizan" matçının hakimi nə serblərin yenilgisinə,
nə də cari ildə beynəlxalq görüşdə meydan sahiblərinin qələbəsinə şahidlik
edib. "Neftçi" Belqrad təmsilçisini məğlub etməklə hər iki seriyaya
son qoymalıdı.
Xatırladaq
ki, "Neftçi" - "Partizan" oyunu noyabrın 22-də Tofiq Bəhramov
adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da start götürəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |