“Bakı”dan fərqli seriyalara fərqli sonluq

19.11.2012 | 3099 dəfə oxunub

XIII tur “Bakı”nın əsas və əvəzedici komandaları üçün fərqli olub. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, əsas komanda qələbəsizlik seriyasını dayandırıbsa, əvəzedicilər əksinə, qələbələrin davamını gətirə bilməyib.

IV turun avqustun 26-da baş tutan matçında “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən “Bakı” 7 oyunluq uğursuzluqdan sonra qalib gəlib. Mövsümün antirekordu olan 7 matçlıq seriyaya 83 gün sonra son verən Bojidar Bandoviçin yetirmələri “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edib. Bu seriya müddətində paytaxt təmsilçisi 5 dəfə heç-heçə edib və 2 dəfə uduzmuşdu.

Əvəzedicilər isə “Xəzər Lənkəran”la 1:1 hesablı heç-heçə etdilər. Bununla da 12 oyunluq qələbə seriyası qırılıb. 1-i texniki nəticə olmaqla mövsümün ilk 12 matçında qalib gələn “Bakı” sonuncu dəfə ötən mövsümün 32-ci turunda xal itirmişdi. Həmin vaxt “Neftçi”yə 2:3 hesabı ilə uduzan bakılılar çempionatların rekordunu müəyyənləşdirib. Belə ki, 2008-ci ildən təşkil olunan əvəzedicilərin çempionatlarında ardıcıl 12 qələbə qazanan olmamışdı. Bunadək “Neftçi” 2009/10, “İnter” 2010/11 mövsümündə 9 qələbəni sıralamaqla rekordçu idi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail