"Bakı" və "Qarabağ" qələbə qazandı, "İnter" vahid lider oldu YENİLƏNİB

18.11.2012 | 4249 dəfə oxunub

Dünən Topaz Premyer Liqasında XIII tura start verilidi. Stadium.az xəbər verir ki, günün ilk oyun günündə yalnız 1 qarşılaşma baş tutdu. Öz meydanında "Sumqayıt"ı qəbul edən "Neftçi" rəqibini 8:1 hesabı ilə darmadağın etdi. Turun qalan oyunları isə bu gün və sabah baş tutacaq.

"Xəzər Lənkəran" yeni baş məşqçisi Karles Martorell Bakesin rəhbərliyi altında ilk oyununa çıxacaq. Bu səbəbdən də ispan mütəxəssisin debütunun necə baş tutacağı böyük maraq doğurur. Qarşılaşmanın gərgin idman mübarizəsi şəraitində keçəcəyi şübhə doğurmur. Çünki "Bakı" da meydana yalnız qələbə üçün çıxacaq. "Zolaqlılar"ın 3 xaldan başqa hədəfi ola bilməz. Komanda onsuz da turnir cədvəlində acınacaqlı pillədə qərarlaşıb. Baş məşqçi Bojidar Bandoviçin də başını üstünü qara buludlar alıb. Rəhbərlik hər nə qədər Bandoviçə dəstək olsa da, növbəti yenilgi onların da səbr kasasını daşıra bilər.

Hər iki komanda meydana itkilərlə çıxacaq. "Xəzər Lənkəran"da xeyli müddətdir cəzalı olan Elnur Allahverdiyev forma geyməyəcək. Bir müddət əvvəl 6 oyunluq cəzalanan Elnurun cəzası artıq bu tur başa çatır və təcrübəli müdafiəçi gələn turdan meydana çıxa biləcək.

"Bakı"da isə daha ciddi problemlər var. Əməliyyat olunan Uinston Parksla yanaşı əvəzedici heyətə göndərilən Vangelos Mantsios, Leandro Beçerra və Cəmşid Məhərrəmov da Lənkəran təmsilçisinə qarşı forma geyə bilməyəcək.    

"Qarabağ" "Simurq"u qəbul edəcək. 1 tur əvvəl olsaydı, bu matçda favorit göstərmək çətin olardı. Lakin indi durum fərqlidir. Birincisi, "Qarabağ" son turda AZAL-ı məğlub etməklə uğursuz oyunlar seriyasına son qoydu. Digər tərəfdən də qazanılan 3 xal ağdamlıların turnir cədvəlində üçüncü pilləyə yüksəlməsinə səbəb oldu. Zaqatala klubunun hazırkı durumu isə heç də ürəkaçan səviyyədə deyil. "Simurq" son 4 oyunda cəmi 2 xal toplayıb. Digər tərəfdən də zaqatalalılar rəqib önünə ciddi itkilərlə çıxacaq. "Simurq"un birdən-birə 4 futbolçusu cəzalı duruma düşüb. Rasim Ramaldanov, İlkin Qırtımov, Qərib İbrahimov və Alekandr Şemonayev cəzalı olduqlarından "Qarabağ"a qarşı oynaya bilməyəcək. Məhz bu səbəbdən də matçın favoriti məhz "Qarabağ"dır. Qurban Qurbanovun yetirmələrinin əleyhinə işləyə biləcək yeganə məqam millidən dönən futbolçuların yorğun olmasıdır. Heç kimə sirr deyil ki, yığma komandaların oyunundan sonra "Qarabağ" hər zaman problemlə üzləşib.   

“İnter” 26-cı dəfə qarşılaşacağı rəqibinə 7 ildir ki, xal vermir. Bakılılar son 15 qarşılaşmada “Turan”ı məğlub edib. "Simurq"un "Qarabağ"la oyunda xal itirmə ehtimalının yüksək olması "İnter"i daha da motivasiya edə bilər. Zaqatala klubu xal itirsə və "İnter" meydandan qələbə ilə ayrılsa, "bankirlər" çempionatın vahid lideri olacaq. Görüşün favoriti də məhz paytaxt klubudur. Çünki statistika da məhz Kaxaber Tsxadadzenin yetirmələrinin tərəfindədir. "Turan" "İnter" üçün ən münasib rəqiblərdən biridir. Xüsusən də komanda adını və iddiasını dəyişdikdən sonra tovuzlular "İnter" üçün hazır xal ehtiyatına çevrilib. 2004-cü ildən sonra baş tutan 18 oyundan 17-ini məhz paytaxt klubu qazanıb. "İnter" üçün problemə çevrilə biləcək yeganə məqam Əfqan Talıbov amili ola bilər. Çünki Talıbovun gəlişindən sonra "Turan" yenilginin nə olduğunu bilmir. 4 matçda tovuzlular 8 xal toplayıb ki, komanda AZAL və "Qəbələ" kimi iddialıları üstələyib və "Simurq"dan xal alıb.   

“İnter” - “Turan” 2:0 

Qollar: Samir Zərgərov 7, Baçana Tsxadadze 55

"Şəfa" stadionu

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Orxan Məmmədov

+20=1-4, top fərqi – 52:18

"Bakı” - “Xəzər Lənkəran” 2:0

Qollar: Junior 6, Rodrigez 58

oyunun online reportajı ilə burada tanış ola bilərsiniz - http://stadium.az/index.php?dil=az&cat=canli&id=136

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Namiq Hüseynov, Ramiz Məhərrəmov

+6=10-6, top fərqi – 18:23

“Bakı”: 82. Edin Nuredinoski, 2. Edemir Rodrigez, 7. Deividas Çesnauskis, 25. Şəhriyar Əliyev, 6. İbrahim Karqbo, 27. George Popxadze, 99. Rəhman Hacıyev, 10. Lukas Mario Horvat, 8. Junior Vilson, 11. Elvin Məmmədov (k), 17. Ramazan Abbasov

Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 5. Duje Bakoviç, 14. Elvin Əliyev, 23. Maris Verpakovskis, 24. Nenad Kovaçeviç, 77. Aleksandar Soliç, 18. Tural Qürbətov

Baş məşqçi: Bojidar Bandoviç

“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Dimitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 4. Akif Tağıyev, 3. Vanderson Skarduelli, 20. Elnur Cəfərov

Baş məşqçi: Karles Bakes


“Qarabağ” - “Simurq” 2:1

Qollar: Riçard Alemyda 25, Elçin Süleymanov 33 (avtoqol) - Mario Bojiç 62 (p)

Tofiq Bəhramov adına Respublika stadionu

Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Ramil Əhmədov

+4=5-4, top fərqi - 10:12

“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov

Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 11. Rauf Əliyev, 16. Elnur Abdulov, 22. Əfran İsmayılov

Baş məşqçi: Qurban Qurbanov

“Simurq”: 22. David Pietrzkieviç, 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov (k), 6. Anderson Olivyera, 10. Zdravko Popoviç, 14. Asif Mirili, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov, 34. Elçin Süleymanov, 25. Mario Bojiç

Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 9. Marçin Burxardt, 19. Nicat Qurbanov, 21. Murad Səttarlı, 23. Məhəmməd Alıyev, 35. Arzuman Nəsibov, 79. Nenad Stoyanoviç

Baş məşqçi: Georgi Çixradze 

N

Komanda

O

Q

H

M

T/F

X

1

İNTER

12

6

5

1

13-5

23

2

QARABAĞ

13

5

5

3

17-14

20

3

SİMURQ

13

5

5

3

14-8

20

4

NEFTÇİ

10

6

0

4

24-13

18

5

XƏZƏR LƏNKƏRAN

12

4

4

4

17-11

16

6

AZAL

11

4

4

3

16-12

16

7

QƏBƏLƏ

12

4

4

4

13-14

16

8

TURAN

13

4

3

6

13-18

15

9

RƏVAN

12

3

4

5

12-18

13

10

SUMQAYIT

13

3

4

6

11-26

13

11

BAKI

11

2

7

2

10-8

13

12

KƏPƏZ

12

2

3

7

8-21

9

Bombardilər: Nikolas Kanales ("Neftçi") - 11 qol, Junior Nildo (AZAL) - 8 qol 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail