Rail Məlikov Bakıya qayıdır

18.11.2012 | 2970 dəfə oxunub

"Neftçi"dən ayrıldıqdan sonra karyerasını Türkiyənin birinci divizyonunda mübarizə aparan "Dənizlispor"da davam etdirən Rail Məlikov Bakıya qayıdır. Bu barədə Məlikov özü qəzetimizə açıqlamasında bildirdi: "Bu gün doğma meydanda "Adanaspor"la qarşılaşacağıq. Bu qarşılaşma başa çatandan sonra isə İstanbula, ordan da Bakıya yollanacam. İnşallah bazar ertəsi səhər vətəndə olacam. Bakıya qayıtmağımda əsas məqsəd burada qalmaq üçün kimlik almağıma lazım olacaq sənədləşmə işlərini yoluna qoymaqdır. 3 gün Bakıda qalacam, bu müddətdə həm yaxınlarımla vaxt keçirəcəm, həm da işlərimi qaydasına qoymağa çalışacam".

Məlikov hazırda komandadakı vəziyyət barədə də məlumat verdi: "Turnir vəziyyəti baxımından işimiz o qədər də asan deyil. İndi bizi düşmə xəttindən cəmi bir xal ayrır. Əgər "Adanaspor"qa alib gəlsək, vəziyyətmiz xeyli yaxşılaşacaq. Çünki qələbə sayəsində turnir cədvəlində 7-ci olan "Adanaspor"la xal fərqimiz cəmi iki olacaq. Yeni məşqçimizin gəlişindən sonra komandada bir çox dəyişikliklər edildi. Heyətdən beş futbolçu göndərilib, İnşallah qələbə qazanıb işimizi asanlaşdırarıq".

Məlikov "Dənizlispor"da bütün oyunları əvəzolunmadan keçirsə də, millidən kənarda qalıb. Rail bu məsələyə toxunmaqla yanaşı, millinin bir neçə gün əvvəl keçrilən Şimali İrlandiya ilə oyununa da toxundu: "Nə bilim, milliyə dəvət almamağımı Foqtsdan soruşsaz daha yaxşı olar. Hazırda millidə elə futbolçular yer alır ki, onlardan bəziləri komandalarında əsas heyət üzünə həsrət qalıb. Mən isə "Dənizlispor"da bütün oyunları əvəzolunmadan keçirirəm. Əgər  mənə dəvət gəlmirsə, bunun günahı məndə deyil. Son oyunda xal qazandıqları üçün futbolçuları təbrik edirəm, amma Belfastdan 3 xalla da dönmək olardı. Bunun üçünsə ilk növbədə qorxaq futbol oynamaq lazım deyildi. İrlandiya ilə Luksenburq da 1:1 oynayır, biz də. Yəni ortada elə də böyük nəticə yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail