"Neftçi"dən Əhmədova ad günü hədiyyəsi

17.11.2012 | 5651 dəfə oxunub

"Neftçi"nin məşqçisi Tərlan Əhmədov bu gün ad gününü qeyd edir. Stadium.az xəbər verir ki, 1971-ci ilin 17 noyabrında dünyaya gələn Əhmədovun 41 yaşı tamam olur. Maraqlıdır ki, Əhmədov SSRİ dövründə Avropa və Dünya çempionu olsa da, Azərbaycan çempionu ola bilməyib. O, ölkəmizin ən iddialı klublarında - "Neftçi", "Qarabağ", "Turan" və "Karvan"da forma geyinib. "Olimpik"ə isə 2006-cı ildə baş məşqçi Əsgər Abdullayev tərəfindən dəvət olunub. 2009-cu ildə karyerasını başa vurub. Futbolçu karyerasını Bakının "Olimpik" klubunda bitirən 38 yaşlı veteran müdafiəçi əvvəlcə "Xəzər-Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadovun köməkçisi təyin edilib. Daha sonra isə Əhmədov "Neftçi" çalışmağa başlayıb və bu gün də məşqçi kimi karyerasını məhz flaqmanda davam etdirir.

Bir çox futbolçular Əhmədovun yığma karyerasına da həsəd apara bilər. O, ölkənin bir nömrəli komandasında 75 oyun keçirib, yığmanın kapitan sarğısını ən çox qoluna taxmış futbolçulardan olub. Əhmədov 1999-cu ildə Azərbaycanda ilin futbolçusu seçilib. Bu gün 41 yaşını qeyd edən Əhmədova komandası Topaz Prmeyer Liqasının XIII turunda "Sumqayıt" üzərində möhtəşəm qələbə qazanmaqla ad günü hədiyyəsi etdilər.

Stadium.az saytının kollektivi də Tərlan bəyi təbrik edir. Azərbaycanın futbolunun ən istedadlı yetirmələrindən olan Əhmədova uzun ömür, can sağlığı, eləcə də möhtəşəm məşqçi karyerası arzu edirik.

Tərlan Əhmədovun karyerası

Ölkə daxilində

1992 "Turan" 6 oyun

1993/94 "Qarabağ" 26 (6 qol)

1994/95 "Qarabağ" 18 (4)

1995/96 "Qarabağ" 21 (2)

1996/97 "Qarabağ" 26 (8)

1997/98 U-18 1

1998/99 "Şəfa" 8 - "Neftçi" 9

1999/2000 "Neftçi" 7 (2)

2000/01 "Neftçi" 14 (4)

2001/02 "Neftçi" 4 - "Şəfa" 17 (2)

2003/04 "Qarabağ" 11

2004/05 "Karvan" 27

2005/06 "Karvan" 11

2006/07 "Olimpik" 23 (1)

2008/09 "Olimpik" 23

cəmi: 278 oyun (36 qol)

...Ölkədən kənarda

1993 "Terek" (Rusiya, 1-ci dəstə) 14 oyun

1997 "Anji" (Rusiya, 1-ci dəstə) 7 oyun (1 qol)

2000 "Fakel (Rusiya, premyer-liqa) 7 oyun

2003/04 "Volın" (Ukrayna, yüksək liqa) 22 oyun

cəmi: 50 oyun (1 qol) 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail