Sərnişin avtobusu "Şəfa" stadionuna girdi

17.11.2012 | 3870 dəfə oxunub

Bakıda sərnişin avtobusu idarəetməni itirərək "Şəfa" stadionuna girib. Stadium.az xəbər verir ki, bu barədə şənbə günü Trend.az-a şahidlər məlumat veriblər.

Nizami rayon Polis İdarəsindən məlumatı təsdiqləyiblər və bildiriblər ki, hadisə nəticəsində xəsarət alanlar var. Lakin təfərrüatlar barədə məlumat verilməyib.

Məlumata görə, qəzanı 11 saylı sərnişin avtobus törədib. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət səbəb olub. Avtobus "Şəfa" stadionuna girməzdən öncə stadionun yanındakı işıqforu qırıb və yaxınlıqdakı "Toyoto-Prado" markalı avtomobili əzib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən ilkin məlumata görə, qəza zamanı 6 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri də "Toyoto-Prado" markalı avtomobilin sürücüsü olub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları artıq xəsarət alanları xəstəxanalara yerləşdiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail