"Xəızər Lənkəran"ın yeni baş məşqçisini yaxından tanıyaq

15.11.2012 | 4206 dəfə oxunub

Keçmiş baş məşqçi Yunis Hüseynovla yollarını ayıran “Xəzər Lənkəran” yeni baş məşqçi ilə anlaşıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, bundan sonra komandanı 39 yaşlı ispan baş məşqçi Karles Martorell Bakes çalışdıracaq. Futbola böyük sevgisi olan, dinamik və ünsiyyətcil insan olan Bakes demək olar ki, bütün həyatını professional olaraq futbola həsr etmişdir. Akademik təhsilinə Barselona Universitetində bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi ilə başlayan məşqçinin təhsil keçmişində Barselona Futbol klubunda məşqçilik metodologiyası üzrə master dərəcəsi, FIFA PRO A məşqçi lisenziyası (Ispaniya Futbol Liqasinda məşqçi işləmək üçün ən yüksək dərəcə), Barselona futbol klubu nəzdində məşqçi-direktor kimi önəmli məqamlar diqqəti cəlb edir.
 
Professional futbol təcrübəsinə 2005-ci ildə Deportivo Ribes futbol klubunda başlayan Bakes 2006-cı ilə qədər buradaki baş məşqçi postunda qalıb işləmişdir. O, 2006-cı ildə bu postu tərk edərək 1 il Barselonanın Pia de Sarria-Calassanc adlı məşqçilərin formalaşması və inkişafı məktəbində məşqçi və müəllim olaraq çalışmışdır. İspan futbol adamı eyni zamanda 2006-2008-ci illərdə Vilanova ve La Geltru futbol klublarında Baş menecer ve idman direktoru olaraq fəaliyyət göstərmişdir. Bakes 2008-2010-cu illərdə Subrunese futbol klubunda baş məşqçi vəzifəsini icra etmiş, 2008 – 2012- ci illər ərzində Barselona futbol klubu nəzdində məşqçi-direktor olaraq çalışmışdır. Futbol kariyerası ərzində Kataloniya futbol federasiyasında məşqçi və müəllim olaraq hazırda Barselona futbol klubunun əsas komandasında çıxış edən bəzi futbolçularla işləmişdir.
 
O, son olaraq Kataloniya Futbol Federasiyasında U-14 komandasında baş məşqçi və direktor olaraq çalışmışdır.



  #1   Adınız: forzaneftchi;   E-mail: [email protected]

15.11.2012 20:23

Forza Neftci Serblere ne hazirlayib&

http://forzaneftchi.info/news/bu_bannerin_anlami_n/2012-11-15-1007

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail