Azərbaycandakı dünya çempionatı ilə bağlı şok iddia

15.11.2012 | 4162 dəfə oxunub

Sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında qeyri-adi hadisə baş verib. Stadium.az xəbər verir ki, Bolqarıstan mətbuatının xəbərinə görə, mundial zamanı inanılmaz fırıldaq gerçəkləşib. 

Belə ki, Qana millisinin yarımfinala qədər irəliləməsi heç də qaydalar çərçivəsində olmayıb. Bolqarıstanlılar iddia edirlər ki, Qana yığmasının aparıcı futbolçularından olan Vida Opoku əslində, qız yox, oğlan imiş. “Levski” klubunun üzvü olan futbolçu ölkəmizdəki yarışa Aqyemanq Opoku adı ilə gəlib. 

Xeyli vaxtdır Sofiya təmsilçisinin düşərgəsindən qaçan 23 yaşlı futbolçu bu müddətdə həm cinsini, həm də yaşını dəyişdirib, ölkəsinin qızlar yığmasına kömək etməyə qərar verib. Bu fırıldağın üstü açılmadığından, Vida mundialda 6 oyun keçirib.

Futbol mütəxəssisləri Aqyimanq və Vidanin xarici görüşünün eyni olmasından başqa, eyni üslubda oynadıqlarını da iddia edirlər. Onlar Vida Opokunun Aqyemanq Opoku olmasına inamlarını Afrikada belə halların yayılması ilə izah edirlər. 

Çünki bir neçə il əvvəl Ekvatorial Qvineyanın 2 futbolçusu eyni addımı atmışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail