“Onun arzularını mən həyata keçirirəm” MÜSAHİBƏ
“Kəpəz”in gənc üzvü Məhərrəm Hüseynov Premyer Liqada çıxış etdiyi ilk mövsümdəcə özünü göstərməyə nail oldu. Stadium.az xəbər verir ki, forma geyindiyi oyunlarda diqqət çəkən futbolçu start heyətin daimi üzvlərindəndir. Amma bir müddətdir ki, Hüseynov zədədən əziyyət çəkir. Hazırda müalicə olunan Məhərrəm "Kəpəz"in rəsmi internet saytının suallarını cavablandırmaqdan imtina etməyib.
İlk olaraq futbola gəlişin haqda məlumat verərdin.
Futbolla məşğul olmağa 8 yaşımda Rusiyada başlamışam. Tatarıstan Respublikasının Almetyevsk şəhərinin “Alnaz” klubunun futbol məktəbində məşqçi Aleksey Starodedovun rəhbərliyi altında hazırlıq keçmişəm. O, gənc mütəxəssis idi və ilk məşqçim olub.
Azərbaycana nə vaxt gəldin?
Əslimiz Gəncədəndir. Ona görə vətənə qayıdıb burda çıxış etməyi məqbul saydım. 2009-cu ildə Bakıya gəldim. “Neftçi”nin əvəzedici heyətinə çağırılmışdım. Amma keçidim alınmadı, nəticədə doğma şəhərimizin klubunda çıxış etməyə başladım. Həmin vaxt komanda “Gəncə” adlanırdı və I divizionda çıxış edirdi. Klub yüksək liqaya çıxandan sonra “dubl” yarandı və mən heyətə götürüldüm. Bu ildən isə əsas komandaya çağırıldım.
Gənc yaşda “Kəpəz”də, özü də əsas heyətdə çıxış etmək hamıya nəsib olmur.
Düzü, bir az bəxtimdə gətirib. Limit amilini nəzərdə tuturam. Hər komandanın heyətində 21 yaşına kimi bir futbolçu oynamalı olduğundan, mövsümün əvvəlindən start heyətində yer almağa başladım. Əsas heyətdə daim çıxış etmək üçün çalışıram. İstəyirəm ki, təkcə limitə görə yox, həm də oyunuma görə yerimi təmin edim.
“Kəpəz”in formasını geyinmək sənin üçün nə deməkdir?
İlk növbədə böyük fəxr hissi keçirirəm. Atam hələ komandamız “Dinamo” adlanan vaxtdan mənə həmişə Gəncə futbolu haqda danışıb. Onun söhbətləri futbolçu olmaq istəyimi artırıb. İnşallah, mən də bütün ümidləri doğruldaram.
Demək, futbolçu olmağında atanın da əməyi olub.
Bəli. Atam da futbolla məşğul olub. “Kəpəz”in aşağı yaş qruplarında çıxış edib. Belə demək olarsa, onun arzularını mən həyata keçirirəm.
Heç onunla oyunlarını müzakirə edirsən?
Tez-tez bu barədə danışırıq. Hazırda işi ilə bağlı Rusiyadadır. İnternet vasitəsi ilə çıxışımı izləyir. Telefonla söhbətləşəndə də çıxışım haqda sorusur, məşqlər və oyunlarla maraqlanır. Mənə öz məsləhətlərini verir.
Çempionatın əvvəlində yarımmüdafiənin cinahında yer alsan da, son oyunlarda Mahmud müəllim səni müdafiə xəttinə çəkib. Bundan narahat deyilsən?
2 il əvəzedici heyətdə müdafiəçi mövqeyində oynamışam. Ona görə mənə çətin deyil. Bu mövsüm “Xəzər Lənkəran”la yoldaşlıq görüşündə sol cinah müdafiəçisi mövqeyi boş qalmışdı. Məşqçilər məni yoxlamağa qərar verdilər. Açığı, bilmədim oyunumu bəyəndilər, ya yox. Amma həmin matçdan sonra bu mövqedə oynayası oldum. Düzünü deyim ki, mənə yarımmüdafiədənsə arxada oynamaq daha rahatdır.
Azarkeşlər də artıq səni sevməyə başlayıblar.
Bunu hiss edirəm. Gəlsinlər, oyunlarımıza baxıb, bizə dəstək olsunlar. Çalışarıq ki, fanatlar hər oyunda sevinib, stadionu tərk etsinlər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |