"Xəzər Lənkəran"a qarşı oynamış futbolçu narkobiznesə görə həbs olundu

13.11.2012 | 3577 dəfə oxunub


Estoniya millisinin və bu ölkənin "Nomme Kalyu" klubunun hücumçusu Oliver Konsa həbs olunub. Stadium.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun həbs olunması barəsində Haryu şəhər məhkəməsi qərar çıxarıb. Futbolçu narkobizneslə məşğul olmaqda ittiham olunur. Konse ilə bərabər daha iki şəxs göz altına alınıb. Hadisədən dərhal sonra futbolçunun çıxış etdiyi "Nomme Kalyu" klubu istintaq başa çatana kimi onunla müqaviləni dondurub.

Qeyd edək ki, Konse 2007-ci ildə debüt etdiyi Estoniya millisində geridə qalan müddətdə 20 matç keçirib. Bu ilin yayında isə Konse "Nomme Kalyu"nun heyətində Avroliqanın birinci mərhələsində "Xəzər Lənkəran"a qarşı matçların iştirakçısı olub. Lənkəranda baş tutan ilk görüşdə 85 dəqiqə meydanda olan 27 yaşlı forvard cavab matçını əvəzolunmadan keçirib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail