“Kəpəz” üzvləri fanklublarla bir araya gəldi

11.11.2012 | 2860 dəfə oxunub

Dünən “Gələcəyə Körpü” fanklubunun təşəbbüsü ilə “Kəpəz” Peşəkar Futbol Klubunun üzvləri və azarkeşlər arasında görüş baş tutub. Stadium.az klubun rəsmi internet saytın aistinadən xəbər verir ki, görüşdə komandanın baş məşqçisi Mahmud Qurbanov, kapitan Azər Məmmədov, Xəyal Zeynalov, Emin İmaməliyev, Armando Feutçin və Yuri Fomenko iştirak edib. Fanklublardan isə “Kəpəz” və “Xəmsə” azarkeşləri tədbirə qatılıb.

Açılış nitqi ilə çıxış edən “Gələcəyə Körpü” fanklubunun rəhbəri Mikayıl Əlizadə qonaqları salamlayıb. Əlizadə çempionatda çətin günlər keçirən kluba azarkeşlərin bu məqamda dəstək verməsinin vacibliyini deyib.

“Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov azarkeşlərlə komanda arasında tez-tez baş tutan belə görüşlərin əhəmiyyətindən bəhs edib

Komandamızın baş məşqçisi Mahmud Qurbanov görüşü ərsəyə gətirənlərə və dəstəyə görə fanklublara öz minnətdarlığını çatdırıb.

“Xəmsə” fanklubunun rəhbəri Adil Məmmədov və “Kəpəz”in prezidenti Elmar Əliyev baş məşqçiyə və komandaya inandıqlarını bildiriblər.

Futbolçular adından çıxış edən Azər Məmmədov böhranlı günlərə son qoymaq üçün səylə çalışdıqlarını söyləyib.

Tədbirin sonunda doğum gününü qeyd edən Mikayıl Əlizadəyə klubumuz tərəfindən forma və vımpel hədiyyə olunub. Sonda xatirə komanda üzvləri azarkeşlərlə xatirə şəkli çəkdiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail