"Xəzər Lənkəran" "Barselona"dan baş məşqçi gətirir

10.11.2012 | 6544 dəfə oxunub

Yunis Hüseynovun gedişindən sonra boş qalan "Xəzər Lənkəran"ın baş məşqçi postu tezliklə yeni sahibinə qovuşa bilər. Stadium.az xəbər verir ki, Lənkəran təmsilçisi İspaniyanın "Barselona" klubundan baş məşqçi gətirir. Hələlik ispan mütəxəssisin adı açıqlanmasa da, onun PRO kateqoriyasına sahib olduğu, "Barselona"nın akademiyasında fəaliyyət göstərdiyi deyilir. 39 yaşlı mütəxəssis hətta ötən mövsüm Lənkərana gələrək, "Qəbələ"yə qarşı matçı tribunadan izləyib. "Xəzər Lənkəran"ın fiziki hazırlıq üzrə məşqçisi Erik Roketa da məhz həmyerlisinin gətirilməsini istəyir. Deyilənə görə, Roketa hətta onu klub rəhbərliyinə dahi taktik kimi təqdim edərək, onları ispan mütəxəssisin komandaya böyük fayda verə biləcəyinə inandırıb. Hazırda "Xəzər Lənkəran"la həmin mütəxəssis arasında aparılan danışıqlar 95 yekunlaşıb. Yalnız klubun fəxri prezidenti Mübariz Mənsimovun razılığını almaq qalıb. Mübariz Mənsimov da "hə" desə, gələn həftə ispan mütəxəssislə Bakıda rəsmi müqavilə imzalanacaq.

Futbol+


Futbol+


  #2   Adınız: Stadium.az;   E-mail: ---

10.11.2012 17:00

Hörmətli Afət bəy, bu xəbər bizə məxsus deyil. Xəbər futbol+
qəzetindən götürülüb. xəbərin altından da Futbol+ qəzetinə
istinad edilib. Lakin hal-hazırda saytda texniki işlər
aparıldığından mənbə göstərilmir. Texniki işlər başa çatdıqdan
sonra əvvəl olduğu kimi xəbərin altında mənbə yenidən
görünəcək.

  #1   Adınız: Afət Rzayev;   E-mail: [email protected]

10.11.2012 16:35

Siz bu məlumatı haradan almısınız?
Menbəni bildirin.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail