""Dünya birinciliyi Azərbaycanda çox yüksək səviyyədə keçirilib"

09.11.2012 | 5517 dəfə oxunub

Noyabrın 7-də Buta sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Stadium.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı çıxışında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

“Azərbaycan Beynəlxalq və Avropa Olimpiya komitələrinin fəal üzvüdür. Azərbaycan artıq idman dövlətidir. Bizim uğurlarımız beynəlxalq idman qurumları tərəfindən qiymətləndirilir. İdmanın, Olimpiya hərəkatının inkişafına verilən beynəlxalq dəstək və qiymət çox yüksək səviyyədədir. Beynəlxalq Olimpiya federasiyalarının dəstəyi ilə ölkəmizdə çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, həm Olimpiya, eyni zamanda, qeyri-Olimpiya idman növləri üzrə çempionatlar keçirilmişdir. Sentyabr-oktyabr aylarında ilk dəfə olaraq 17 yaşadək qadınlar arasında futbol üzrə dünya birinciliyi Bakıda, Azərbaycanda çox yüksək səviyyədə keçirilmişdir. Deyə bilərəm ki, bu təcrübə bizə imkan verəcəkdir ki, gələcəkdə bundan da böyük beynəlxalq yarışlara ev sahibliyi edək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail