"İnter" ilk dövrədəki statistikası

08.11.2012 | 4215 dəfə oxunub

“İnter” ölkə çempionatında artıq 11 matç keçirib. Stadium.az xəbər verir ki, bu qarşılaşmalarda komanda 20 xal toplayıb və bu göstəricilə “İnter” turnir cədvəlində 1-ci yerdə qərarlaşıb. "İnter"in rəsmi internet saytı komandanın birinci dövrədə keçirdiyi qarşılaşmaların statistik göstəricilərindən bəhs edən material hazırlayıb.

Xallar
Qeyd eydiyimiz kimi, “İnter” 11 oyunda 20 xal toplayıb. Kaxaber Tsxadadzenin yetirmələri 5 oyun doğma meydançada, 6 qarşılaşmanısa səfərdə keçiriblər. Ev oyunlarında “İnter” 11 xal toplamağı bacarıb-3 qələbə və 2 heç-heçə. Səfər oyunlarında komandamız 9 xal toplayıb-2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət. Məğlubiyyətlərin sayına görə “İnter” mövsümün lideridir, komanda hamıdan az məğlub olub-“İnter” cəmi 1 dəfə yenilib( “Qəbələ”-“İnter” 1:0).
 
Toplar
 
11 qarşılaşmada komandamız 11 qol vurub (orta hesabla 1 oyuna 1 qol) və cəmi 5 qol buraxıb (orta hesabla 1 oyuna 0,45 qol). Buraxılan qolların sayına görə  “İnter” mövsümün ən yaxşı komandasıdır. 11 vurulmuş qoldan 6-sını komandamız qərib komandaların qapısından ev oyununda keçirib, Kaxaber Tsxadadzenin yetirmələri 5 dəfə səfərdə fərqləniblər. Buraxılmış 5 qoldan 2-si ev oyunlarının payına düşür və 3 qol isə səfər matçlarında qeydə alınıb.
 
Oyunçular
 
Kaxaber Tsxadadze 11 matçda 23 futbolçunun xidmətlərindən istifadə edib. Meydançada
hamıdan daha çox Vladimir Levin və Slavço Georgiyevski olublar, hər iki futbolçu əvəzlənmədən 11 matçı başa vurublar- 990 dəqiqə. Bryus Abdulaye 956 dəqiqə, yarımmüdafiəçi Asif Məmmədov 888 dəqiqə, Arif Daşdəmirov isə 741 dəqiqə meydançada mübarizə aparıblar. Hamıdan ən az meydançada “Kəpəz”lə  oyunda 16 dəqiqə oynamış gənc forvard Ramil Mansurov olub.
 
Bombardirlər
 
“İnter”in ən yaxşı bombardiri 3 qolla Baçana Tsxadadzedir. 2 qolu İbrahima Niasse vurub. Georgi Adamiya, Vladimir Levin, Slavço Georgiyevski və Cako Arafatın aktivlərində 1 qol var. “İnter”in daha bir qolu “Qarabağ”ın müdafiəçisi Admir Telin avtoqolu nəticəsində qeydə alınıb.
 
Ən yaxşı assistentlər
 
Komandanın ən yaxşı assistenti 4 qol ötürmə etməsilə fərqlənən Asif Məmmədovdur. Maraqlıdır ki, 1 qol ötürməsini hesabına qapıçı Revaz Tevdoradze yazmağa müvəffəq olub. Gürcüstanlı qapıçı “Rəvan”la matçda Baçana Tsxadadzeyə uğurlu assistentlik edib. Dəqiq ötürmələr etməkdə Abdulla Abasiyev, Daniel Genov, Nizami Hacıyev, İbrahima Niasse və Baçana Tsxadadze də fərqlənə biliblər.
 
Hesablar
 
Bu mövsüm “İnter”in ən populyar hesabı “0:0” və “1:0”-dır. 11 matçın 3-ü bu hesabla başa çatıb. Bununla yanaşı, komandamız 2 dəfə minimal hesabla qalib gəlib və 1 dəfə analoji hesabla məğlub olub. Ən çox qol “Turan”la səfər oyununda qeydə alınıb. Xatırladaq ki, bu görüşdə “İnter” 2:3 hesabıyla qalib gəlmişdi.
 
Seriyalar
 
Bu mövsümdə “İnter” özü üçün rekordlar seriyası yazıb. Belə ki, komandamız 66 gün ərzində qol buraxmayıb. “İnter”in qapısı 561 dəqiqə toxunulmaz qalıb. Qolsuzluq seriyasına 11-ci tur çərçivəsində keçirilmiş “İnter”-“Kəpəz” oyununda fərqlənmiş Elxan Əzizov son qoya bilib. Ancaq bu seriya dayansa da, komandamız daha bir nəticəni yaxşılaşdırıb. Belə ki, “İnter”in mövsümdə artıq 9 oyun ( 6 qələbə və 3 heç-heçə) təşkil edən məğlubiyyətsizlik seriyası davam edir. Kaxaber Tsxadadzenin yetirmələri cəmi bir dəfə məğlub olublar və həmin gündən artıq 89 gün ötür. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail