"İnter" Samir Abasovla bağlı bəyanat yaydı

08.11.2012 | 3332 dəfə oxunub

"İnter" klubu bəyanat yayıb. Stadium.az xəbər verir ki, "bakirlər"in rəsmi internet saytında yer alan bəyanatda komandanın sabiq üzvü, "Sumqayıt"ın kapitanı Samir Abasov tənqid olunub. Bəyanatı olduğu kimi təqdim edirik: 

"Azərbaycan Premyer Liqasında 12-ci turun “Sumqayıt”-“İnter” matçında klubumuzun azarkeşləri və ev sahiblərinin kapitanı Samir Abasov arasında xoşagəlməz insident baş vermişdir.

İkinci hissədə “Sumqayıt”komandasının futbolçusu komandamızın azarkeşlərini təhqir etməyə başlamışdır. Təəssüf ki, münaqişə matçdan sonra da davam etmişdir. Belə ki, ev sahiblərinin kapitanı müsahibələrinin birində 3 il müddətində çıxış etdiyi klubumuz haqqında mənfi fikirlərə yer vermiş və azarkeşlərimizi təhqir etmişdir.  

Samir Abasov həm sıralarında çox sayda uşaqların olduğu azarkeşlərimizə, həm də “İnter”ə qarşı hörmətsizlik etmişdir. Halbuki məhz bizim komandamızın heyətində ölkə çempionu olmuş və bir neçə il ərzində “İnter”dən əmək haqqı almışdır.
 
Belə bəyanatlar peşəkar futbolçu üçün yolverilməzdir. Belə “küçə söyüşləri”lə Samir Abasov nəinki  “İnter”ə, həm də Azərbaycanın bütün futbol içtimaiyyətinə qarşı hörmətsizliyini nümayiş etdirmişdir.
 
“İnter”PİK-in rəhbərliyi “Sumqayıt”FK-nın rəhbərliyindən kapitanı haqqında ölçü götürməsini xahiş edir. Bundan başqa, biz Samir Abasovdan “İnter”in Azarkeş Klubundan üzr istəməsini də tələb edirik!"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail