Kurban Berdıyev: "Neftçi” evdə daha yaxşı oynayır"

07.11.2012 | 4287 dəfə oxunub

Sabah Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda "Neftçİ"nin rəqibi olacaq "Rubin" baş məşqçisi Kurban Berdıyev bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə sabahkı görüş haqda danışıb: 

- Sabah çox çətin qarşılaşma olacaq. “Neftçi” evdə daha yaxşı oynayır. Öz azarkeşlərinin dəstəyi sayəsində daha fəal oyun sərgiləyirlər. Amma biz oyuna ciddi hazırlaşırıq.
 
- “Neftçi”nin heyətində çəkindiyiniz əsas futbolçu kimdi?
- Heç kimi xüsusi qeyd etmək istəmirəm. “Neftçi” komanda olaraq güclüdü.
 
- Deyilənə görə, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun qışda “Rubin”ə keçidi 90 faiz həll olunub...
- Faiz barədə ilk dəfə sizdən eşidirəm. Abışov indi nə “Neftçi”də, nə də “Rubin”dədi. Düzdü, o, bizdə baxışda olmuşdu, bəyənmişdim. İndi isə yalnız sabahkı oyundan danışmaq istərdim.
 
- “Neftçi”nin baş məşqçisi adətən iddialı açıqlamaları ilə futbolçularını ruhlandırır. Bəs siz?
- Bizim futbolçular peşəkardırlar. Onlar bu turnirin əhəmiyyətini yaxşı başa düşürlər. Artıq nəsə deməyə ehtiyac yoxdu.
 
- Yeryomenko, Bokketti və Ryazantsev son turda meydana çıxmamışdı. Onları Bakıya gətirmisiz?
- Yalnız Ryazantsev burdadı.
 
- “Neftçi”dən cavab oyununda nə gözləyirsiz?
- İlk oyun çox gərgin keçmişdi. Şübhəsiz ki, bu dəfə də çətin olacaq.
 
- Rusiyada belə hesab edirlər ki, “Rubin” Bakıda çox güc sərf etmədən də qələbə qazana bilər...
- Mən bu fikirlərlə razı deyiləm. Bizə asan olmayacaq.
 
- Bakıda mümkün məğlubiyyət faciə olmayacaq ki?
- Qarşıda üç oyunumuz var. Onların hamısından qələbə ilə ayrılmaq istəyirik.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail