Millimiz FİFA reytinqində 123-cü pilləyə yuvarlandı

07.11.2012 | 4121 dəfə oxunub

FİFA milli komandaların növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, ötən ayla müqayisədə 12 pillə geriləyən Azərbaycan millisi 123-cü yerə yuvarlanıb. Hazırda millimizin aktivində 277 reytinq balı var. Millimizin Ruanda, ÇAD, Namibiya, Botsvana, Mozambik, Sudan, Efiopiya kimi futbol ənənələri olmayan ölkələrdən geri qalması yalnız təəssüf doğurur.

Millimizlə eyni qrupda yer alan Portuqaliya millisi ötən ayla müqayisədə 1 pillə geriləyərək, dördüncü yerə enib. Rusiya millisi isə əksinə, 3 pillə irəliləyərək, 9-cu yerə yüksəlib. Noyabrın 14-də qarşılaşacağımız Şimali İrlandiya 100-cü, İsrail 78-ci, Lüksemburq isə 144-cü pillərə qərarlaşıb.

Sıralamaya əvvəlki kimi İspaniya millisi başçılıq edir. Almaniya millisi ikinci, Argentina isə üçüncüdür. İtaliya millisi beşinci, İngiltərə altıncı, Hollandiya yeddinci, Kolumbiya səkkizinci, Xorvatiya isə onuncudur. Dünya çempionatının seçmə mərhələsində zəif çıxış edən Türkiyə millisi 38-ci pillədə qərarlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail