O`Nil: "Azərbaycanla matçda mütləq qələbə qazanmalıyıq"

06.11.2012 | 3503 dəfə oxunub

Noyabrın 14-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil qarşıdakı görüş haqda danışıb. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis millimizi mütləq məğlub etməli olduqlarını düşünür:

“Qarşıda bizi vacib oyun gözləyir. Azərbaycanla matçda mütləq qələbə qazanmalıyıq. Heyətlə bağlı çox geniş seçim imkanım var. Hazırda oyuna hansı futbolçularla başlamaq, hansıları ehtiyatda saxlamaq üstündə düşünürəm. Hərdən futbolçular taktiki gedişlər səbəbindən ehtiyatda qalmalı olurlar. Qarşıdakı oyunda qələbə qazanmağı hədəfləmişik. Bu üzdən də hücumda daha fəal oynamağımız mütləqdi. Belə olan halda ilk qələbəmizi qazanmaq asan olacaq. İnanıram ki, qazanacağımız qələbə qarşıdakı mübarizədə də komandaya müsbət təsir göstərəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail