Emin Quliyev "Xəzər Lənkəran"ın tarixinə düşdü

06.11.2012 | 3872 dəfə oxunub

Topaz Premyer Liqasının XII turunda “Rəvan”ı qəbul edən “Xəzər Lənkəran” tarixində 5-ci dəfə meydana baş məşqçisiz çıxıb. Stadium.az klubun rəsmi internet saytın aistinadən xəbər verir ki, bu qarşılaşmada baş məşqçi funksiyasını Emin Quliyev yerinə yetirib. Ona qədər komanda 2 dəfə baş məşqçi istefasından sonra onun köməkçilərindən birinə tapşırılmışdı.
 
“Xəzər Lənkəran” 2005/06 mövsümündə I dövrənin son 3 oyununda Şenol Fidanın, 2008/09 mövsümündə qış fasiləsi öncəsi Hafiz Əliyevin rəhbərliyi altında meydana çıxmışdı. Lakin nə Nazim Süleymanovun istefasından sonra onu əvəzləyən türkiyəli, nə də Rasim Karadan sonra boş qalan baş məşqçi funksiyasını yerinə yetirən Əliyevlə komandamız qələbə qazanmamışdı.
 
Fidanlı komanda 3 qarşılaşmada cəmi 1 xal qazanmışdı. Evdə “Gənclərbirliyi” ilə qolsuz heç-heçə edən komanda səfərdə “Turan”a, doğma meydanda “Neftçi”yə eyni - 0:1 hesabı ilə yenilmişdi. Hazırda qapıçılarla çalışan Əliyev isə yeganə görüşündə uduzmamışdı da. Həmin vaxt “Simurq”la səfərdə 1 xal əldə olunmuşdu - 2:2.
 
Quliyev isə baş məşqçi vəzifəsini icra edərək qələbə qazanan ilk çalışdırıcı kimi klub tarixinə düşdü. Özü də bu qələbə böyük hesablı oldu – 4:0.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail