Topaz Premyer Liqasında orta hesabla hər oyunu 2326 azarkeş izləyir

05.11.2012 | 3523 dəfə oxunub

Topaz Premyer Liqasının XII turundan sonra klublar növbəti fasiləyə yollanıb. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, II dövrənin baş tutan ilk turunu da nəzərə alsaq, komandalar 68 qarşılaşmaya çıxıblar. Fasiləyə qədər olan müddətdə Topaz Premyer Liqasının oyunlarını 158 min 190 tamaşaçı izləyib. Bu da orta hesabla hər qarşılaşmaya 2326 azarkeşin təşrif buyurduğunu göstərir.

Mövsümün arxada qalan hissəsinin rekordu 8 min tamaşaçıdır. Bu sayda azarkeş 4 matçda qeydə alınıb. İlk turun “Kəpəz” – “Turan”, III turun “Sumqayıt” – “Qarabağ”, VIII turun “Kəpəz” – “Qarabağ” və IX turun “Sumqayıt” – “Rəvan” görüşlərini məhz bu sayda tamaşaçı seyr edib. Mövsümün antirekordu isə “Qarabağ”la “Bakı” arasında görüşdə qeydə alınıb – cəmi 150 tamaşaçı.

2 dəfə rekord sayda azarkeş toplayan “Sumqayıt”ın ev oyunlarını daha çox – 29700 fanat izləyib. Lakin “Gənclik şəhəri” təmsilçisi nisbətən çox – 7 ev oyunu keçirib. Öz meydanındakı matçlarda orta tamaşaçı sayında isə “Xəzər Lənkəran” zirvədədir. “Kəpəz” 2-ci, “Sumqayıt” isə 3-cüdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail