Lourival Assis: "Ramiz Məmmədov böyük insandı"

05.11.2012 | 4776 dəfə oxunub

Topaz Premyer Liqasının XII turu “Qəbələ” üçün əlamətdar oldu. Stadium.az "Qəbələ"nin rəsmi internet saytına istinadən xəbər verir ki, Ramiz Məmmədovun yetirmələri II dövrənin ilk oyununda “Neftçi”ni 2:1 hesabı ilə məğlub edərək mövsümdə ilk dəfə ardıcıl 2 oyunda qələbə qazanıb. Son 2 ev oyununda qola, son 3 ev matçında qələbəyə həsrət qalan komanda bu uğursuz seriyalara da son qoyub. Üstəlik, ölkənin ən titullu klubu olan “Neftçi” ardıcıl 3-cü dəfə Qəbələ səfərindən xalsız qayıdıb.

XII tur tarixə həm də “Qəbələ”nin Premyer Liqada yubiley - 200-cü qolunu vurması ilə düşüb. Belə ki, bu qarşılaşmayadək güclülər dəstəsində 183 oyuna 199 qol vuran “Qəbələ” “Neftçi” ilə matçda rəqib qapısından əvvəl 200-cü, sonra 201-ci topu keçirdi. Yubiley qolunun müəllifi isə Lourival Assis oldu. Matçdan sonra fikirlərini gabalafc.az-la bölüşən braziliyalı futbolçu qələbədə pay sahibi olduğu üçün özünü xoşbəxt hiss etdiyini söylədi:

“Neftçi” ilə oyunun çox çətin keçəcəyini bilirdik. Matça yaxşı hazırlaşmışdıq və meydançaya yalnız qələbə üçün çıxmışdıq. Mənsə görüşdə həmişə olduğu kimi qol vurmağa və assistentlik etməyə çalışırdım. Bu dəfə qol vurmaqla komandama kömək etdim. Qoldan sonra çox gözəl hisslər keçirdim. Komandanın qələbəyə ehtiyacı olduğu bir vaxtda istənilən nəticənin əldə olunmasında pay sahibi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Biz həqiqətən qələbəyə layiq idik. Bütün futbolçular üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldi. Son iki oyunda “Qəbələ” gözəl oyun nümayiş etdirir. Bunda baş məşqçinin böyük əməyi var. O böyük insandı. Hər şeyə ürəkdən yanaşır. İnanıram ki, gələcək oyunlarımızda da uğurlu seriyanı davam etdirəcəyik və mövsümün sonunda layiq olduğumuz yerdə qərarlaşacağıq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail