Rasim Ramaldanov: “Milliyə dəvət aldığıma görə çox sevinirəm”

03.11.2012 | 3313 dəfə oxunub

"Simurq"un kapitanı Rasim Ramaldanov klubun rəsmi saytına növbəti oyun və milliyə dəvət edilməsi haqqında fikirlərini bildirib. Stadium.az xəbər verir ki, təcrübəli arxa xətt oyunçusu cari mövsüm barəsində də fikirlərini bölüşüb.

- Rasim, ilk növbədə komandanın son vəziyyəti haqqında nə deyərdin? Son 3 oyunda 1 xal...

- Əvvəlcə onu deyim ki, bizim son 3 qarşılaşmamız hazırkı cari mövsümdə çempionluğa ən böyük namizədlər olan komandalarla olub. Bizdə onlara qarşı qorxmadan, çəkinmədən çıxıb oynumuzu oynamışıq, sona qədər mübarizə aparmışıq. Ancaq çox təəssüf ki, bəxt amili bizdən yana olmayıb. Komandada belə heç bir problem yoxdur. Hər çey öz qaydasında davam edir. Geridə qalan oyunlardan dərs çıxardıb, növbəti turlara hazırlıqlarımızı davam etdiririk.

- Növbəti turda “Turan”ın qonağı olacayıq. Rəqibi necə dəyərləndirərdin?

- Bizi qarşıda çox çətin oyun gözləyir. Rəqibimiz sona qədər vuruşan komandadır. Son oyunlarda da gözəl nəticələr əldə edərək, turnir cədvəlində irəliləyiblər. Ancaq buna baxmayaraq, yalnız qələbə üçün Tovuzda meydana çıxacayıq.

- Uzun müddətdir gözlənilən dəvət gəldi. Azərbaycan yığmasına dəvət olunmağın haqqında nə deyərdin?

- Bu dəvətə görə çox sevinirəm. Hər bir futbolçu kimi, mənim də əsas hədəflərimdən biri milli komandaya çağrılmaq idi. Çalışacam ki, özümü yaxşı tərəfdən göstərim, mənə olan inamı itirməyim. Bu dəvətə görə çox sağolumu bildirirəm. İnşallah, şans verilsə yığma komandanın heyətində qələbələr qazanmaq üçün əlimdən gələni edəcəyəm.  

- Cari mövsümün gedişatı səni qane edirmi?

- Doğurdan bu mövsüm əvvəlki illərə nismətən çox ağır keçir. Konkret çempionatda autsayder yoxdur. Hər bir komanda istənilən rəqibə qalib gəlmək gücünə malikdir. Ancaq bu Premyer Liqanı çox maraqlı edir. Oyunlara ancaq qələbə əzmiylə hazırlaşırıq. İnşallah bizdə gözəl futbol və əla nəticə ilə ən yüksək yerlərdə özümüzə mövqe tutacayıq.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail