Edemir Rodriges: "Boliviyada məhz bu tərzdə az qol vurmamışam"

02.11.2012 | 4275 dəfə oxunub

“Bakı”nın müdafiəçisi Edemir Rodriges Boliviya mətbuatına müsahibə verib. Stadium.az 28 yaşlı futbolçunun müsahibəsini təqdim edir:

- Yeni klubunuzda özünüzü necə hiss edirsiz? 
- Hər şey qaydasındadır. Uzun müddətdir oynamasam da, yenidən sıraya qayıtmışam. Baş məşqçi mənə “Qarabağ”la oyunda güvəndi və bu etimadı doğruldaraq, qol vur vurdum.

- Heyətdəki yerinizi niyə itirmisiniz ki? 
- Hər şey çempionatda legionerlərə tətbiq olunan limitlə bağlıdır. Yeni qaydalara görə, hər klub start heyətində minimum 4 yerli futbolçunu meydana buraxmalıdır. Bunlardan birinin isə yaşı 21-dən az olmalıdır. Bu da heyətə təsir göstərir.

- Deməli, bu üzdən əsas heyətdə nadir hallarda görünürsüz? 
- Bəli. Ancaq özümü göstərmək şansım var. Şənbə günü oyunumuz olacaq. Ümidvaram ki, həmin qarşılaşmada oynayacam. 

- İlk qolunuzu necə vurmusuz? 
- Sol cinahdan hücum qurmuşduq. Bu zaman heç kimin gözləmədiyi halda uzaq küncdə peyda oldum və başla rəqib toru silkələdim. Buna görə də Latın Amerikasından olan dostlarım məndən təəccüblə soruşurdu ki, sən cərimə meydançasında nə etdin. Mən isə cavab verdim ki, Boliviyada məhz bu tərzdə az qol vurmamışam.

- “Bakı”da hansı mövqedə çıxış edirsiz? 
- Müdafiənin sağ cinahında. Komanda adətən 4-4-2 taktiki düzülüşü ilə oynayır. Ancaq bu, rəqibin gücündən asılı olaraq dəyişə də bilər. Çox oyunlarda ehtiyatda qalsam da, səbrlə öz anımı gözləyirəm. Bəxtimdən mən heç bir zədəylə üzləşməmişəm. Sadəcə, oyun praktikası qazanmağım lazımdı.

- Azərbaycana uyğunlaşmanız necə keçdi? 
- Asan. Bura gələrkən komandanı azərbaycanlı məşqçi çalışdırırdı. Ancaq o, Avroliqadakı uğursuzluq üzündən komandadan qovuldu. Onun yerinə isə serbiyalı məşqçi Bojidar Bandoviç təyin olundu. Etiraf edim ki, “Bolivar”a qayıtmağı düşündüyüm anlar olub. Ancaq bir dəfə “Bakı” rəhbərliyi ilə bu haqda danışdıqda, mənə səbrli olmağı xahiş etdilər və ehtiyatda qalmağımın legioner limiti ilə bağlı olduğu bildirildi. 

- Nə qədər müddətdir ki, oynamırdız? 
- 2 ay. Mən bu hala öyrəşmişəm. Ancaq indi mənzərə dəyişmək üzrədir. Hazırda mənim çox oynamaq şansım yaranıb.

- “Bakı”nın çempionatda yeri necədi? 
- Biz mövsümə çox pis başladıq. Bu üzdən indi turnir cədvəlinin aşağı pillələrində yer alırıq. Keçirdiyimiz 9 oyunun 6-da heç-heçə etmişik, 2-də isə məğlub olmuşuq.

- Ancaq qarşıda hələ oyunlarınız var... 
- Təbii ki. Burda çempionatın keçirilməsi sistemi Boliviyadakına oxşayır. Hələ vəziyyətimizi yaxşılaşdırmaq üçün imkanlarımız qalmaqdadı. Əgər qarşıdakı 2 oyunda qələbə qazanmağı bacarsaq, onda turnir cədvəlinin üst sıralarına yüksələcəyik. Cədvəldə komandalar arasında xal fərqi o qədər də çox deyil.

- Müqavilənizin müddəti hansı müddətə kimidir? 
- Növbəti ilin iyununa kimi. Sonra baxacam, Boliviyaya qayıdım, yoxsa yox.

- Siz ölkədən kənarda çıxışınızı davam etdirmək istəyirsiz? 
- Belə bir vəziyyətdə bir neçə aydan sonra Boliviya çempionatına qayıtmağım düzgün çıxmazdı. Mən çox səbirli olmalıyam. Çünki burda heç kimin heyətdəki yerinin təmin olunmasına zəmanət verə bilməz. Ona görə də hər zaman mən oynamağa hazır olmalıyam. 

- Heç Boliviya yığmasından kimsə sizinlə əlaqə saxlayıb? 
- Yox. Mənə dəvət göndərmək üçün gərək oynayım. Əgər oyun praktikam olsa, onda mənim yığmaya qayıtmaq şanslarımız çoxalacaq.

- Artıq Bakıya öyrəşdiyinizi demək olar? 
- Hə. Ancaq ailəm hələ də La-Pasda yaşayır. Onlar viza açılmasını gözləyir. Bu gecikmə həm də qızımın təhsili ilə bağlıdı. Fikrimcə, onlar artıq yanvarda mənimlə birgə olacaq. Ailəmin dəstəyi çox vacibdi. Onda onlara görə də çox sakit olursan.

- Qışdakı bayramlarla bağlı Azərbaycan çempionatında fasilə olacaq? 
- Orda 2 həftəlik fasilə yaranacaq. Mən dekabrın 23-də İsa Məsihin Doğum Bayramı üçün La-Pasa gələ bilərəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail