“Rəvan”ın 50-ci qolu

02.11.2012 | 4509 dəfə oxunub

Topaz Premyer Liqasının XI turunun “Turan”la səfər oyununda vurulan ilk qol “Rəvan” üçün tarixi əhəmiyyət kəsb edib. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəıbər verir ki, serbiyalı futbolçu Nemanya Vidakoviçin 76-cı dəqiqədə vurduğu qol paytaxt təmsilçisinin Premyer Liqada rəqib qapılarından keçirdiyi 50-ci top olub. Yubiley qolunun müəllifi olan 27 yaşlı hücumçu cəmi 4 dəqiqə sonra komandasının 51-ci qolunu da vurub.

Premyer Liqada 2-ci mövsümünü keçirən paytaxt komandası 50 qol həddinə 43-cü matçda çatıb. Bu isə komandanın iki mövsümdə orta məhsuldarlığının 1,19-a bərabər olduğunu göstərir.

Cari mövsümdə 12 dəfə rəqib qapılarına yol tapan “Rəvan”ın Premyer Liqadakı ilk qolu isə ötən il avqustun 6-da vurulub. Həmin gün “Kəpəz”lə Gəncədəki oyunun 37-ci dəqiqəsində Con Pelu tarixi qola imza atıb.

“Rəvan”ın Premyer Liqada  qarşılaşıb qol vurmağı komanda yoxdur. AZAL və “Kəpəz” daha çox - 9, “Turan” isə 8 dəfə məyus edilib. 

“Rəvan”ın Premyer Liqadakı bütün qollarını 16 futbolçu vurub. Onlardan başqa daha 1 top avtoqol hesabına qeydə alınıb. “Turan”la matçda dubla imza atan Vidakoviç ötən turdakı dublu hesabına klubun Premyer Liqada ən yaxşı bombardiri olub - onun hesabında 7 qol var. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail