Dodo: "Qələbəni unudub, "Neftçi" ilə oyuna köklənmişik"

01.11.2012 | 4559 dəfə oxunub

6 oyun idi qələbə qazana bilməyən “Qəbələ” çətin səfər oyununda “Qarabağ”ı məğlub etməklə uğursuz seriyaya son qoydu. Stadium.az "Qəbələ"nin rəsmi internet saytına istinadən xəbər verir ki, bu həm də komandanın cari mövsümdə qazandığı ilk səfər qələbəsi kimi tarixə düşdü. Təbii ki, 3 xalın əldə olunmasında matç boyunca aktivliyi ilə seçilən və ikinci qolun müəllifi olan Dodonun böyük rolu oldu. Qarşılaşamadan sonra fikirlərini gabalafc.az-la bölüşən futbolçu artıq qələbəni unutduqlarını söylədi:

“Qələbə qazandığımız üçün özümü çox xoşbəxt hiss edirəm. Uzun zaman idi ki, yaxşı oyun nümayiş etdirsək də, qələbə qazana bilmirdik. Yeni baş məşqçinin gəlişindən sonra həm fiziki, həm də psixoloji cəhətdən inkişaf edirik. “Qarabağ” üzərində qələbə özünəinamımızı bərpa etdi. Komanda olaraq yaxşı çıxış etdik və layiq olduğumuz qələbəni aktivimizə yazdıq. Artıq bu oyunu unudub növbəti qarşılaşmaya - “Neftçi” ilə matça köklənmişik. Rəqibimiz güclü olsa da, yalnız qələbə barədə düşünürük. İnanıram ki, bu oyunda da istədiyimiz nəticəni əldə edib uğurlu seriyanı yaxalayacağıq”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail