Topaz Premyer Liqası: qapıçılar üçün uğursuz tur

01.11.2012 | 3625 dəfə oxunub

Topaz Premyer Liqasında IX turun oyunları qapıçılar üçün uğursuz alınıb. Stadium.az PFL-in rsmi internet saytına istinadən xəbər verir ki, I dövrənin son turunda 12 klubdan hamısı qol sevinci yaşayıb. Bu isə o deməkdir ki, heç bir qapıçı qapısını toxunulmaz saxlaya bilməyib. Hər komandanın qol vurub, həm də qol buraxması isə nadir hadisələrdən sayılır. Düzdür, cari mövsümdə artıq 1 dəfə belə hal qeydə alınıb. Lakin həmin vaxt indiki kimi 12 deyil, 10 komanda meydanı qolsuz tərk etməyib. Bu ilk turda yaşanmışdı. Həmin vaxt “Neftçi” ilə “Bakı” arasında paytaxt derbisi təxirə salındığından yalnız 10 komanda turda meydana çıxmışdı. Premyer Liqanın 12 klubunun hamısının fərqlənməsinə isə mövsümdə ilk dəfə məhz XI turda təsadüf olundu.

12 komandanın hər birinin fərqlənməsi isə ümumi məhsuldarlığa da təsir edib. Turun 6 qarşılaşmasında 19 qol vurulub. Bununla da III və V turlarda qeydə alınan 17 qolluq rekord qırılıb. Bu dəfə 2 qol artıq vurulub.

Lakin qol sayındakı mütləq rekord və ilk dəfə 12 komandanın qol sevinci yaşaması orta məhsuldarlıqda ən yüksək hədd deyil. Belə ki, cəmi 4 matın keçirildiyi IV tur orta hesabla hər oyuna 3,5 qolun vurulması ilə əlamətdar olmuşdu. Mövsümdə 2-ci dəfə 3-dən yüksək olan məhsuldarlıq bu dəfə 3,17-yə bərabər olub.

Tur

Oyun

Qol

Orta
məhsuldarlıq

1

5

13

2,60

2

6

11

1,83

3

6

17

2,83

4

4

14

3,50

5

6

17

2,83

6

5

13

2,60

7

5

7

1,40

8

6

10

1,67

9

6

12

2.00

10

6

7

1,17

11

6

19

3,17

Cəmi

62*

142*

2,29


* - 2 qolun vurulduğu daha 1 oyun təxirə salınıb sonradan keçirildiyindən heç bir tura daxil edilməyib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail