Georgi Nikolov: "Qarabağ" nəyə görə "xalq komandası" adlanır?"

30.10.2012 | 3815 dəfə oxunub

"İnter"in prezidenti Georgi Nikolov klubun rəsmi internet saytında növbəti bloqonu yazıb. Stadium.az bolqar klub rəhbərinin fikirlərini təqdim edir:

"2 il əvvəl AFFA prezidentinin səsləndirdiyi fikirlərlə razıyam. O mənada ki, futbol şoudur və burada maraq son tura qədər saxlanılmalıdır.

Qısa müddət keçdi və bizim çempionat daha da maraqlı oldu. Yenidən xatırlatmayacağam, ilk 10 turdan sonra qeydə alınan nəticələr hamıya bəllidir.

"Nəhəng"lərdən və "flaqman"dan daha heç kim çəkinimir. Heç bir oyunun yekun nəticəsi "sensasiya" hesab olunmur.

Bu təqdirəlayiqdir - çempionat daha çox mənim sevimli "Premiership"imə bənzəyir. Hansı ki, orada da belə hallar hər həftə yaşanır.

Biz "Premiership"ə yalnız bir məqamda bənzəmirik. İngiltərə ilə bizim fərqimiz stadionlardadı. Orada arenalar ağzınadək dolu olduğu halda, bizim stadionlar təəssüf ki, boş olur.  

Yalnız "Xəzər Lənkəran" seçilirdi. Lakin son turda da bu komandanın "Qarabağ"la oyunu cəmi 4-5 min azarkeş izlədi. Təəssüf ki, "Sumqayıt" - "Kəpəz", "Bakı" - "İnter", "Rəvan" - "Bakı" kimi oyunların keyfiyyəti yaxşı olsa da, eyni sözləri azarkeşlər haqda demək olmur. Özü də mən yalnız son turdan danışsam da, ümumilikdə bu mənzərə hər tur yaşanır.

Həqiqətənmi azərbaycanlı azarkeş o qədər ərköyündürlər ki, “Neftçi” - “İnter” (Milan) oyununda 35-ci dəqiqədə stadiondan getməyi özünlərinə rəva bilirlər? Yaxud çempionatda “İnter”lə, sadəcə, Bakı komandası ilə oyunları tam saymasın? Ümümiyyətlə, "Qarabağ" nəyə görə "xalq komandası" adlanır? Komanda Quzanlıda oynamayandan sonra matçlarına 1000-dən çox adam gəlmir...

Yəqin zaman belədir - xalq daha çox futboldan danışır, nəinki ona baxır. Bəlkə də elə komandalar, futbolçular, funksionerlər də nədəsə günahkardırlar? Qoy, azarkeşlər desinlər ki, onlara stadionda daha nə lazımdır, biz isə onları yarıtmağa çalışarıq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail