Klub prezidentinə 5 oyunluq cəza

30.10.2012 | 2897 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub: 

25 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin X turunun “Simurq” – AZAL matçının 28-ci dəqiqəsində AZAL klubunun 1 №-li futbolçusu Elməddin Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
24 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan Kubokunun 1/16   final “Tərəqqi” – “Ağsu” matçının 64-cü dəqiqəsində “Tərəqqi” klubunun 15 №-li futbolçusu Tural Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 77-ci dəqiqəsində “Ağsu” klubunun 14 №-li futbolçusu Emin Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
24 oktyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan Kubokunun 1/16   final MOİK – “Bakılı” matçının 29-cu dəqiqəsində “Bakılı” klubunun 10 №-li futbolçusu Rəşad Kərimovun aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
“Bakılı” klubunun prezidenti Misir Əbilov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
26 oktyabr 2012-ci il, Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Uğur” – “Şahdağ” matçının 34-cü dəqiqəsində “Uğur” klubunun 1 №-li futbolçusu İlqar Talıbov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
26 oktyabr 2012-ci il, Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Azercell” – “İnci” matçının 46-cı dəqiqəsində “İnci” klubunun 8 №-li futbolçusu Soltan Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
27 oktyabr 2012-ci il, Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Milan” – “Sədərək” matçı başa çatdıqdan sonra “Sədərək” klubunun 7 №-li futbolçusu Elxan Abbasov hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
22 oktyabr 2012-ci il Azercell U-17 Liqanın “Neftçi” – “Bakı” matçının 75-ci dəqiqəsində “Bakı” klubunun 10 №-li futbolçusu Ülvi Süleymanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
Oyunun 80+2-ci dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Vüsal Hüseynovla “Bakı” klubunun 17 №-li futbolçusu Nuradi Dosayev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
15 oktyabr 2012-ci il Azercell U-17 Liqanın “Simurq” – “Kəpəz” matçında “Simurq” klubunun heyətində Əli Babayev və Aslan Surxayzadə lisenziyası olmadığı halda matçda iştirak etdikləri üçün “Simurq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
23 oktyabr 2012-ci il Kapital Bank U-15 Liqanın ROİL – “İnter” matçında təcili tibbi yardım birqadası olmadığı üçün ROİL klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61).
23 oktyabr 2012-ci il Kapital Bank U-15 Liqanın “Turan” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 3 №-li futbolçusu İbrahim Qədirzadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
23 oktyabr 2012-ci il Kapital Bank U-15 Liqanın “Vətən” – “Bakı” matçının 67-ci dəqiqəsində “Bakı” klubunun 2 №-li futbolçusu Kamran Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
27 oktyabr 2012-ci il U-14 Liqasının “Uğur” – “Şirvan” matçında “Uğur” klubu tam heyyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 oktyabr 2012-ci il U-14 Liqasının UGİM (Abşeron) – “Təhsil” (Sumqayıt) matçında UGİM (Abşeron) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 oktyabr 2012-ci il U-14 Liqasının “Qobustan” – UGİM (Ağsu) matçında UGİM (Ağsu) klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 oktyabr 2012-ci il U-14 Liqasının “Yalama” – ŞKGB matçında ŞKGB klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 oktyabr 2012-ci il U-14 Liqasının “Binə” – “İnter” matçında “Binə” klubu tam heyətlə iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 oktyabr 2012-ci il U-14 Liqasının “Bakı-008” – “Neftçi” İSM matçında “Bakı-008” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir  (maddə 56).
27 oktyabr 2012-ci il U-14 Liqasının “Astara” – “Xəzər Lənkəran” matçının 43-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 20 №-li futbolçusu Şölət Zülfüqarov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
28 oktyabr 2012-ci il U-14 Liqasının UGİM (Oğuz) – “Qəbələ” matçında UGİM (Oğuz) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 oktyabr 2012-ci il Coca-Cola U-13 Liqasının “Boladi Bələdiyyəsi” – “Dinamo” (Yardımlı) matçının 14-cü dəqiqəsində “Dinamo” klubunun 18 №-li futbolçusu Eşqin Qurbanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
27 oktyabr 2012-ci il Coca-Cola U-13 Liqasının “Qızıl əlcək” – “Bakı-008” matçında “Bakı-008” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 oktyabr 2012-ci il Coca-Cola U-13 Liqasının “Bəhramtəpə” – UGİM (Saatlı) matçının 40-cı dəqiqəsində UGİM (Saatlı) klubunun 10 №-li futbolçusu Nihad Həsənli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Coca-Cola U-13 Liqasında çıxış edən “Bağman” (Gəncə) klubu yarışlarda iştirakını dayandırdığı üçün klubun iştirak etdiyi bütün oyunların nəticələri ləğv edilir (maddə 56).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail