"Qarabağ"la görüş 4 "Xəzər Lənkəran"lı üçün əlamətdar oldu

30.10.2012 | 3296 dəfə oxunub

Topaz Premyer Liqasının X turunun “Qarabağ”la oyunu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, matçın sonlarında oyuna daxil olan Akif Tağıyev "ağ-yaşıl" formada ilk rəsmi qarşılaşmasını keçirdi. 19 yaşlı futbolçu “Xəzər Lənkəran”ın rəsmi matçlarının iştirakçısı olan 152-ci futbolçu kimi tarixə düşdü. Belə ki, bu qarşılaşmayadək komandada oynamaq 151 futbolçuya nəsib olmuşdu.
 
Mövsümün arxada qalan hissəsində 8 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Akifə qədər Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas bunu bacarıb. İndiyədək 92 legioner komandanın şərəfini qoruduğundan 152-ci oyunçu olan Tağıyev həm də 60-cı yerli futbolçu olub.
 
“Qarabağ”la qarşılaşma Akif kimi daha 3 futbolçu üçün əlamətdar olub. “Xəzər Lənkəran”ın müdafiəçisi Radomir Todorov cənub təmsilçisinin heyətində 150-ci matçına çıxıb. 2007/08 mövsümündə komandaya transfer olunan Todorov 2011-ci il istisna olmaqla “Xəzər Lənkəran”da çıxış edib. Todorov klub tarixində 150-yə çatan 5-ci oyunçu olub. Ona qədər Rahid Əmirquliyev (202), Alim Qurbanov (177), Kamran Ağayev (161), Rəşad Abdullayev (155) bunu bacarmışdı. Radomir 2007-ci il iyulun 17-də Çempionlar Liqasının Xorvatiya “Dinamo”su ilə Bakıdakı matçında (1:1) ilk dəfə “Xəzər Lənkəran” forması geyib.
 
Daha 2 futbolçu ağdamlılarla qarşılaşmada yubiley qeyd edib. Manuel Skarlatake “Xəzər Lənkəran”da 30-cu, Sadio Tounkara 25-ci matçını keçirib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail