"Mahmud Qurbanov ölkəmizin ən yaxşı məşqçilərindən biri olacaq"

29.10.2012 | 4451 dəfə oxunub

Türkmənistanda fəaliyyət göstərən Azərbaycan diasporasının sədri Vidadi Sadıxov “Kəpəz”in sayılıb-seçilən azarkeşlərindəndir. O, Gəncədə anadan olub, uşaqlıq illəri doğma şəhərində keçib. Sonradan ali təhsillə bağlı Türkmənistana köçüb və 1977-ci ildən Asiya ölkəsində yaşayır. Məsafə uzaqlığına baxmayaraq, yaxınlarına baş çəkmək üçün tez-tez ana vətəninə gəlir. Nizami yurdunda olduğu müddətdə isə onu Gəncə şəhər stadionunda “Kəpəz” və “Tərəqqi”nin oyunlarında eləcə də məşqlərində görmək mümkündür.

Vidadi Sadıxov pfckapaz.com saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

Vidadi müəllim, futbola marağınızdan bəhs edərdiniz.

Uşaqlıqda dövründə tanınmış məşqçi Konstantin Abramenkonun yanında futbolla məşğul olmuşam. Rəhmətliyin sevimli futbolçularından idim. Asif Əliyev, Şahmir Hüseynov və Fuad İsmayılovla bir yerdə məşq etmişəm. Amma futbolçu olmadım, ali təhsilə üstünlük verdim. Bununla belə futbolu çox sevirəm, Azərbaycan, Türkmənistan futbolunu yaxından izləyirəm. Azərbaycan yığmasının və klublarımızın avrokuboklardakı çıxışı ilə maraqlanıram.

Gəncə futbolu ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı.

Şəhərimizdə həmişə yüksək səviyyəli futbol olub və olacaq da. Gəncə futbolu ölkəmizə güclü futbolçular bəxş edib. Kostya dayının (Konstantin Abramenko - nəzərdə tutulur) məşq qruplarından xeyli yaxşı futbolçu çıxıb. Ümid edirəm ki, yaxın zamanda komandalarımız yenidən ən güclülərdən olacaq. Bu gün Gəncə futbolunda iki peşəkar klubun olması təqdirə layiq haldı. “Tərəqqi” şəhər futbolu üçün ehtiyat qüvvə yetişdirir ki, buna ancaq sevinmək olar.

Mahmud Qurbanovun “Kəpəz”ə baş məşqçi təyinatını necə qarşıladız?

Çox düzgün təyinatdı, mən bunu alqışlayıram. Mahmud yaxşı futbolçu olub. Əminəm ki, o, ölkəmizin ən yaxşı məşqçilərindən biri olacaq. Ondan çox şey gözləyirəm. Bilirəm ki, mənim kimi bütün gəncəlilər də bu fikirdədirlər.

Qurbanov gənclərə yer verməsi ilə seçilir. Bunu necə qiymətləndirirsiz?

Dünya futbolunda da belədir. Gənclər də tədricən oynamalıdılar. Onlara güvənmək yaxşı addımdı. ”Kəpəz”in oyunlarına baxıram. Gənclər arasında Məhərrəm Hüseynovun oyununu bəyənirəm. Öz üzərində çalışan futbolçudur. Digərlərindən isə Bəxtiyar Soltanovun çıxışını fərqləndirərdim.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail