20-ci ölkədən 75-ci qolçu

29.10.2012 | 2968 dəfə oxunub

“Qarabağ”la Topaz Premyer Liqasının X turundakı oyun Dimitrios Sialmasın “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar oldu. Stadium.az Lənkəran təmsilçisinin rəsmi internet saytına istinadən xəbər verir ki, o, klub tarixində fərqlənən 75-ci oyunçudur. Komandanın çempionat matçlarında isə 69-cu futbolçudur ki, qol sevinci yaşayır.
 
Sialmas “Xəzər Lənkəran” üçün qol vuran ilk yunanıstanlı legioner oldu. İndiyədək komandada fərqlənən 27 yerli futbolçu ilə yanaşı 48 əcnəbi də rəqib qapısına yol tapıb. Onlar 20 müxtəlif ölkəni təmsil edir. Bu siyahıda 20-ci ölkə məhz Yunanıstan oldu: Rumıniya 12, Braziliya 8, Bolqarıstan, Türkiyə hərəsi 4, Albaniya, Kosta Rika, Serbiya, Portuqaliya hərəsi 2, Argentina, Fransa, Honduras, Kolumbiya, Fil Dişi Sahili, Moldova, Mali, Nigeriya, Sloveniya, Syerra Leone, Xorvatiya, Yunanıstan hərəsi 1.
 
Dimitrios 1 deyil, 2 qola imza atdı. Bu, cari mövsüm komandanın 2-ci dublu oldu. Bunadək Manuel Skarlatake 1 matçda 2 qolun müəllifi olmuşdu.
 
“Xəzər Lənkəran”ın 8 illik tarixində 63-cü dublun müəllifi olan Sialmas özü üçün ilkə imza atdı. O, komandada dubl edən 34-cü futbolçu kimi tarixə düşdü. Bu 63 dubldan 42-si Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb. Yunanıstanlı dubl müəllifi olan 19-cu legioner olmaqla gəlmələrin 29-cu belə uğuruna imza atdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail