Sadıq Sadıqov: "Qəti şəkildə bildirirəm ki, istefalardan söhbət gedə bilməz"

28.10.2012 | 3239 dəfə oxunub

"Neftçi"nin prezidenti Sadıq Sadıqov bu gün klubda baş verən olaylara münasibət bildirib. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytına açıqlama verən Sadıq Sadıqov baş verənlərə belə aydınlıq gətirib:

“Təbii ki, “Neftçi”nin “Rəvan”a məğlubiyyəti ilə barışa bilmərəm. Çünki, “Neftçi” “Rəvan” kimi komanda ilə hər oyunuda top buraxmadan qalib gəlməlidir. Buna görə də məğlubiyyətin səbəbləri mütləq araşdırılmalıdır. Mətbuatda klubun vitse-prezidenti  Tahir Süleymanovun, komandanın idman direktoru Güloğlan Cabbarovun,  eləcə də baş məşqçi Böyükağa Hacıyevin istefa verməsi haqda xəbərlər də yer alıb. Qəti şəkildə bildirirəm ki, istefalardan söhbət gedə bilməz. Bakıya qayıtdıqdan sonra məşqçilər korpusundan, həmçinin komandanın rəhbərliyindən hesabat tələb edəcəyəm. Məğlubiyyətin səbəbləri araşdırılacaq və günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar. Amma, bir məqama da toxunmaq niyyətindəyəm. Hər kəsə bəllidir ki, futbolumuz tarixində bir ilkə imza ataraq, Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi” həm də bütün Azərbaycanı təmsil edir. Ölkəmizin Avrokuboklardakı yeganə ümidi olan komandamız "Rubin"ə qarşı ağır oyun keçirmişdi. Kazan səfərindən qaytıdıqdan bir gün sonra növbəti görüşə çıxan futbolçularımızın yorğunluğu öz sözünü deməyə bilməzdi. Üstəlik, 3 gün aralıqlarla çempionatda daha iki ağır qarşılaşma bizi gözləyir. Noyabrın 8-də “Neftçi” Bakıda “Rubin”lə cavab görüşünə çıxacaq. Heyətimiz legioner futbolçularla əsasən gənc olan yerli oyunçulardan qurulub. Matçlar da onu göstərir ki, futbolçularımız bu cür ağır qrafikə tam hazır deyillər. Belə olan halda Azərbaycan adını təmsil edən “Neftçi”yə daxili çempionatda oyunlarının təxirə salınması baxımından müəyyən güzəştlər edilməlidir. Çünki, üç gündən bir  keçirilmiş oyunlar komandamızın Avrokubok qarşılaşmalarına mənfi təsir edəcək. Nəzərə alsaq ki, “Rubin” və “Partizan”la doğma azarkeşlər önündə oynayacağıq, az da olsa Avroliqanın qrupunda şanslarımızın mövcüd olduğunu düşünürəm.

Mən klub prezidenti kimi bəyan etmək istəyirəm ki, “Neftçi”nin şərəfini qoruyan hər bir futbolçuya güvənirəm. İnanıram ki, onlar “Rəvan”a məğlubiyyətdən dərs çıxarıb, qarşıdakı oyunlarda, xüsusən Avroliqa turnirinin qrup matçlarında Azərbaycanlı xalqını sevindirəcəklər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail