"Kəpəz"in qapıçısı dəf etdiyi penaltidən danışdı

28.10.2012 | 3654 dəfə oxunub

“Sumqayıt”la oyunun 36-cı dəqiqəsində Pərdis Fərcad Azadın yerinə yetirdiyi penaltini dəf edən "Kəpəz"in qapıçısı Xəyal Zeynalov komandasını real qoldan xilas etməsi ilə yadda qaldı. Stadium.az xəbər verir ki, oyun boyu inamlı çıxışı ilə seçilən qolkiper pfckapaz.com-a 11 metrlik cərimə zərbəsi bağlı fikirlərini bölüşüb: “Penalti epizodunun yaranmasında mənim də səhvim vardı. Oyunçumuzu sığortalamaq üçün yerimi tərk eləyib, irəli çıxdım. Sonrası məlumdu. Qapımıza penalti təyin olundu. 11 metrlik lotereya kimi bir şeydir. Üstünlük zərbəni vuran oyunçu da olur. Həmin dəqiqə özümə inamım vardı ki, zərbəni çıxara bilərəm. Şükür ki, belə də oldu. Buna kimi 2 dəfə penalti dəf etmişdim. Hər ikisi I divizionda olmuşdu. Premyerliqada isə ilk dəfə idi zərbənin qarşısını alırdım”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail